Məhkəmə qərarları › İş №3(020)-376/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-376/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-376/2024 01.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə İmişli rayonu Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay,işsiz, Beyləqan rayonu Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri Z.Əliyeva küçəsində RPŞ-nin qarşısında ünvansız nalayiq söyüşlər söyərək xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində inzibati xəta törətdiyinə görə Beyləqan rayon Pş-nin MSY-də saxlanılan dayısı Babəkə yemək gətirmişdir. Beymləqan rayon Pş-nin qapı postunda xidmətdə olan polis əməkdaşları onu qarşısına çıxmış və polis əməkdaşlarına dayısı üçün yemək gətirdiyini bildirmişdir. Polis əməkdaşları NH-yə məlumat verməli olduqlarını bildirmişlər. Bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və mbahisə zamanı əsəbləşçərək PŞ-nin 1 nömrəli qapı postunun qarşısında xidməti vəzifələrini icra edən polis əməkdaşlarının yanında ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları onu sakitləşdirərək nizam-intizama dəvət etmişlər. Lakin o, əsəbi vəziyyətdə olduğundan özündən aslı olmayaraq polis əməkdaşlarına məhəl qoymamış və öz hərəkətlərinə davam etmişdir. Ona görə də polis əməkdaşları onu Beyləqan rayon PŞ-nin inzibati binasına gətirərək NH-yə təhvil vermişlər. Hərəkətlərindən peşimandır. Polis əməkdaşlarından üzr istəmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan RPŞ-nin 1 nömrəli qapı postunda post yoldaşı Beyləqan rayon PŞnin PPXB-nün polis nəfəri polis serjantı X3 ilə xidmətdə olduqları zaman bir nəfər tanımadıqları şəxs əlində sellofan torba ilə onlara yaxınlaşaraq RPŞ-yə daxil olmaq istədiyini bildirmişdir. Onlar həmin şəxsə NH-yə məlumat vermək lazım olduğunu və gözləməsini bildirən zaman həmin şəxs intizamsız hərəkətlər edərək icəri daxil olmaq istəmişdir. Bu zaman post yoldaşı ilə həmin şəxsi saxlayıb nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyinə görə həmin şəxsi Beyləqan rayon PŞ-nə aparaq NH-yə təhvil vermişlər. təhvil verdikdən sonra həmin şəxsin Beyləqan rayonu Dünyamalılar kənd sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X1 rayon PŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X6 ilə eyni məzmunda izahat verərək Amin Bayramlının izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri Z.Əliyeva küçəsində RPŞ-nin qarşısında ünvansız nalayiq söyüşlər söyərək xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafı, şahidlərin izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Şəxs peşmançılıq çəkməsi, əməlini etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal hesab olunur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində deyilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılıq hissi keçiməyi məsuliyyəti yüngülləşdirən hal hesab edilir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hərəkətindən səmimi peşimançılıq hissi keçirməsini və polis əməkdaşlarından üz istəməsini nəzərə alıb ona Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar