Məhkəmə qərarları › İş №3(020)-377/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-377/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-377/2024 01.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Beyləqan rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, təqaüdçü, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində idarə etdiyi “Khazar LX” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yol kənarında olan ağaca vurmuşdur. Hadisədən sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün sürücü Şəxs tibbi müayinədən imtina etmişdir. Bununlada Şəxs Azərbaycan Respublikasının İXM-nin 343.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməllərini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, qazidir, 2-ci Qarabağ müharibəsi iştirakçıdır. Özünə məxsus olan “Khazar LX” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində səhhətində olan problem ilə əlaqədar avtomobilnə əyləşərək Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən yaşadığı evdən çıxaraq “Khazar LX” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan rayon Mərkəzi xəstəxanasına doğru hərəkət etmişdir. Avtomobildə ondan başqa heç kim olmamışdır. Beyləqan şəhər S.İmrəliyev küçəsi ilə Beyləqan şəhəri istiqamətində hərəkətdə olan zaman özündə halsızlıq hiss etdiyindən özündən getmiş və oyandıqda avtomobili yolun sağ tərəfində ağaca vuraraq qəza törətdiyini görmüşdür. Avtomobildən düşərək Beyləqan rayon Mərkəzi xəstəxanasına getmişdir. Hadisə zamanı sol əlinin üst hissəsi cızılmışdır. Sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. polis əməkdaşları onu sərxoşluq muayinəsi üçün xəstəxanın muvafiq şöbəsinə dəvət etmişlər. Lakin sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdir. Çünki hadisə zamanı əsəbi olduğu üçün özündə olmamışdır. Hadisə zamanı avtomobilinin surətinin nə qədər olmasını xatırlamır. Avtomobili özü idarə etmişdir. Hadisə zamanı avtomobilində yalnız özü olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində idarə etdiyi “Khazar LX” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yol kənarında olan ağaca vurmuşdur. Hadisədən sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün sürücü Şəxs tibbi müayinədən imtina etmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 24 aprel 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən baş vermiş yol nəqliyyat hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 343.6-cı maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X1 adına verilmiş 13 aprel 2024-cü il tarixli, 272/24 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1998-ci il təvəllüdlü Şəxs sol əl pəncəsi nahiyəsində sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Muayinə olunanın göstərdiyi müddətdə şəraitdə əmələ gələ bilərdivə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində idarə etdiyi “Khazar LX” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, S.İmrəliyev küçəsində qəza etdikdən sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsi aşkar edilmişdir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində idarə etdiyi “Khazar LX” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, S.İmrəliyev küçəsində qəza etdikdən sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsi sübuta yetmişdir. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 343.6-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, vətən müharibəsi iştirakısı olmasını nəzərə alaraq Qəniz Gözəlova Azərbaycan Respublikası İXM-nin 343.6-cı maddəsinin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 343.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar