Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-378/2023 10.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Beyləqan rayonu 2-ci Aşıqlı kəndində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu 2-ci Aşıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Beyləqan rayon 2-ci Aşıqlı kəndində qonşusu X2 uca səslə söyüb təhqir etmiş və uca səslə nəlayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini qismən etiraf etdi və izahat verərək göstərdi ki, Beyləqan rayonu 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda daimi yaşayır. X2 tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə özlərinə məxsus olan çöl torpaq sahəsinə su açmış, həmin gün atası Əhliman sahəyə gedib suya baxan zaman sahələrinə axan suyun qarşısının Nurlan tərəfindən bağlandığının və suyun Nurlangilin sahələrinə axdığını görmüşdür. Həmin vaxt atası Əhliman suyu yenidən öz sahələrinə açıb evə gəlsə də, Nuraln yenidən onların sahələrinə axan suyun qarşısını kəsərək suyu öz sahələrinə axıtmışdır. O, su suvarmaq növbəsi onlarda olduğu üçün yenidən Nuralngilin sahəsinə axan suyun qarşısnı kəsərək öz sahələrinə axıdan zaman Nuraln onların sahəsinin yanına gələrək onunla mübahisə etmiş və onun ünvanına nəlayiq ifadələr işlətmişdir. O, Nurlanın bu hərəkəti barədə Nurlanın atası Qurbana zəng edərək şikayət etmiş və Nurlanın onun ünvanına söyüş söyməsini bildirdikdə Nurlanın atası Qurban ondan oğlu Nurlanın onun ünvanına söyüş söydüyünü təsdiq edən şahidin olub-olmamasını soruşmuşdur. Həmin gündən 2 gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə Nurlanın onun ünvanına nəlayiq söyüşlər söydüyün eşidib Nurlanın atası Qurbana yenidən zəng etmiş və Qurban ona inanmamışdır. Bu səbəbdəndə o, əsəbləşərək öz həyətində uca səslə Nurlanın ünvanına nəlayiq ifadələr işlətmişdir. O, Nurlanın ünvanına öz həyətindən nəlayiq ifadələr işlədən zaman Nurlanın evi onun evinə yaxın olduğundan həmin ifadələri digər şəxslərin eşitməsi mümkün olmuşdur. Həmin vaxt o, əsəbi vəziyyətdə olduğundan özündə lmamışdır. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Beyləqan rayon 2-ci Aşıqlı kəndində qonşusu X2 uca səslə söyüb təhqir etmiş və uca səslə nəlayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 01 aprel 202-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis mayoru X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hadisədən sonra peşmançılıq hissi küçirməsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-378/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-378/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver