Məhkəmə qərarları › İş №3(020)-388/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-388/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-388/2024 02.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi Beyləqan rayon Vəkil bürosunun vəkili X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Cəbrayıl rayonu, Veysəlli kəndində anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Beyləqan rayon MX-nın inzibati binasına daxil olaraq inzibati binanın ginekologiya şöbəsində uca səslə nalayiq söyüşlər söyərək, şöbənin həkimi Zərərçəkmiş şəxs təqhir edərək orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, Beyləqan rayonu, Şitilçilik qəsəbəsində daimi yaşayır. Yoldaşı xəstə olduğu üçün Beyləqan rayon MX-da ginekoloq həkim Zərərçəkmiş şəxs yanına aparmışdır. Leyla həkim yoldaşını USM-nə göndərmişdir. USM-dən keçdikdən sonra həkim yoldaşının ankoloji xəstə olduğunu bildirmişdir. Yoldaşının Bakı şəhərində yerləşən Milli Onkologiya Mərkəzinə aparmaq üçün Leyla həkimin yanına getmiş və həyat yoldaşına göndəriş verilməsini bildirmişdir. Həmin vaxt Leyla həkim yoldaşının qardaşından, yəni qaynından göndəriş yazmaq üçün şirinlik istəmişdir. O, isə heç bir şirinlik verməmişdir. Bundan sonra yoldaşına məxsus mobil telefona sms gələrək onun sənədlərinin düzgün olmadığı bildirilmişdir. Həmin gün axşam yenidən xəstəxanaya getmiş, xəstəxanada yenidən onu get-gələ salaraq incitmişlər. Sonra isə ona sabah gəlməsini bildirmişlər. Hətta xəstəxananın direktoru Bayram həkim ona xəstəxananın koridorunda görərək nə lazım olduğunu soruşmuşdur.O, vəziyyəti bildirdikdən sonra Bayram həkim Leyla zəng edərək ona irad tutmuş və onun sənədlərini qaydasına qoymağı Leyla həkimə demişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Yusif həkimin yanına getmiş, Yusif həkim ona bildirmişdir ki, Leyla həkim sənədləri ona verməmişdir. Bundan sonra Yusif həkim xəstəxananın direktoru Bayram həkim zəng etdikdən sonra bayram həkimin 2 nəfərdən sonra Leyla həkim sənədləri gəlib götürməsini bildirmişdir. Leyla həkimin otağına girib sənədi alan zaman Leyla həkim “niyə qoymursan işləməyə ay vicdansız” deyərək onu təhqir etmiş və xəstəxananın mühafizəçilərin çağırmışdır. Xəstəxananın mühafizəçiləri Leyla həkimin otağına gələrək onun qolunu buraraq oradan uzaqlaşdırmışlar. Ayağını da əzmişlər. Bundan sonra oradan çıxıb getmişdir. Həmin vaxt Leyla həkimi söyüb təhqir etməmiş, ucadan nalayiq ifadələr işlətməmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs həyat yoldaşı Elnarə Əliyeva ona müraciət edərək süd vəzlərində ağırların olduğunu bildirmişdir. O, Elnarə Əliyevaya hazırda xəstəxanada süd vəzi həkimi olmadığını bildirmiş və Elnarə Əliyevaya USM-dən keçməsini məsləhət görmüşdür. Elnarə Əliyeva özəl klinikaların birində USM-dən keçdikdən sonra USM-nin nəticələrini gətirərək ona təqdim etmiş, muayinənin cavablarına baxdıqdan sonra Elnarə Əliyevanın uşaqlıq yolarında kiçik şişlərin olduğunu gördükdən sonra Elnarə Əliyevaya Milli Onkologiya Mərkəzində işləyən Tahir həkimin yanına getməsini məsləhət görmüşdür. Bundan sonra Elnarə Əliyeva oradan çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə, axşam saat 16 radələrində Elnarə Əliyeva həyat yoldaşı Şəxslə birlikdə xəstəxanaya onun yanına gələrək ona göndəriş üçün müraciət etmişdir. O, Elnarə Əliyevaya axşam saatları olduğu üçün sığorta şirkətinin sisteminin hazırda bağlı olduğunu bildirərək sabah gəlməsini demişdir. xx.xx.2024-cü il tarixdə Elnarə Əliyeva həyat yoldaşı ilə onun yanına gəlmiş epikriz yazmış və bütün sənədlərini hazırlamış, Şəxs təkidi ilə xəstəyə MRT muayinəsi yazmışdır. MRT muayinəsi yazan zaman Şəxs həyat yoldaşı Elnarə Əliyevaya KT muayinəsinin düşdüyünü bildirsə də Şəxs onunla razılaşmamışdır. Ona görə də Elnarə Əliyevaya MRT muayinəsi yazmışdır. MRT muayinəsi yazdığına görə sığorta şirkəti tərəfindən Elnarə Əliyevanının göndərişi barədə olan müraciətinə imtina gəlmişdir. Sığorta şirkətinin əməkdaşları ilə əlaqə saxlamış və imtinanın nəticəsini soruşarkən imtinanın MRT muayinəsi olduğuna görə imtina gəldiyini demişlər. Əslində isə xəstəyə KT muayinəsi kimi müraciət edilməli idi. xx.xx.2024-cü il tarixdə, təxminən saat 12 radələrində Beyləqan rayon sakini Əliyev X2 rayon MX-nın ginekologiya şöbəsinə yaxınlaşaraq iş otağına daxil olmuş və həyat yoldaşı X4 üçün göndərişə imtina verildiyinə görə Şəxs uca səslə qışqıraraq onun və şöbənin əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək onu təqhir etmişdir. Ona görə də xəstəxanın təhlükəsizlik bölməsinə xəbər vermiş və mühafizəçilər gələrək Şəxs oradan uzaqlaşdırmışlar. Şəxs onu xəstəxanaya gələn adamların yanında təhqir etmiş, həmçinin Beyləqan rayonu, MX-nın iş fəaliyyətini pozmuşdur. Şəxs şikayətçidir. Şəxs ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon MX publik hüquqi şəxsin ginekologiya şöbəsinin qadın mühafizəçisi X5 məhkəmə iclasında şahid qismində izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Beyləqan rayon sakini Şəxs ginekologiya şöbəsinə yaxınlaşaraq həkim Zərərçəkmiş şəxs ilə görüşmək istədiyini bildirərək ondan Leyla həkimin iş otağının hansı olduğunu soruşmuşdur. O, Şəxs Leyla həkimin iş otağını göstərmişdir. Bir neçə dəqiqədən sonra Leyla həkimin otağından bərk danışıq səslərini eşitmişdir. Leyla həkimin otağına girən zaman Şəxs Leyla həkimin otağında həkimin və şöbəsinin digər əməkdaşlarıın ünvanına ucadan nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həmin vaxt o, Şəxs xəstəxana palatalarında hamilə qadın və xəstələrin yatdığını bildirərək nizam-intizama dəvət etmiş, lakin Şəxs ona məhəl qoymadan öz hərəkətlərinə davam edərək şöbənin iş fəaliyyətini pozmuşdur. Bundan sonra şöbəyə xəstəxanın təhlükəsizlik bölməsinin mühafizəçiləri gələrək Şəxs oradan uzaqlaşdırmışdır. Beyləqan rayon MX publik hüquqi şəxsin təhlükəsizlik bölməsinin mühafizəçisi X8 məhkəmə iclasında şahid qismində izahat verərək göstərdi ki, Beyləqan rayon MX Publik hüquqi şəxsin təhlükəzislik bölməsinin mühafizəçisi işləyir. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində xəstəxanada növbədə olan zaman xəstəxanın ginekologiya şöbəsində bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini eşidərək ginekologiya şöbəsinə qalxmış, şöbəyə qalxan zaman Beyləqan rayon sakini Şəxs həkim Zərərçəkmiş şəxs iş otağında həkimə və şöbənin digər əməkdaşlarına qarşı uca səslə nalayiq ifadələr işlətdiyini görmüşdür. Şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət edərək şöbədən çıxmasını bildirmiş, lakin Şəxs ona məhəl qoymamış və onu heç kəsin orada çıxara bilməyəcəyini bildirmişdir. Bundan sonra rabitə vasitəsi ilə digər təhlükəsizlik bölməsinin mühafizəçilərinə məlumat vermiş və mühafizəçilər ona köməyə gələrək Şəxs zorla şöbədən çıxarmışlar. Şəxs şöbədən çıxaran zaman ona heç bir xəsarət yetirməmişlər. Həmin vaxt ginekologiya şöbəsində çoxlu insanlar, hamilə qadınlar olmuş, Şəxs hərəkətlərin narahat olmuşlar. Beyləqan rayon MX publik hüquqi şəxsin təhlükəzislik bölməsinin mühafizəçisi X9 məhkəmə iclasında Beyləqan rayon MX publik hüquqi şəxsin təhlükəsizlik bölməsinin mühafizəçisi X8 ilə eyni məzmunda izahat verərək H.Həsənlinin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon MX-nın direktoru X6 rayon PŞ-nə ünvanladığı 22 aprel 2024-cü il tarixli, 18-129/2-456/2024 saylı xidməti məktubdan görünür ki, Beyləqan rayonu, Şirtilçilik qəsəbəsində yaşayan Şəxs 19 aprel 2024-cü il tarixdə Beyləqan rayon MX-nın inzibati binasına gələrək xəstəxananın ginekologiya şöbəsinin həkimi Zərərçəkmiş şəxs iş otağında nalayiq ifadələr işlətmiş, yüksək səs tonu ilə Zərərçəkmiş şəxs və şöbənin digər əməkdaşlarını təhqir edərək şöbənin iş fəaliyyətini pozumuşdur. Ona görə də Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 22 aprel 2024-cü il tarixli Aktdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan rayon MX-nın inzibati binasında xəstəxananın ginekologiya şöbəsinin həkimi Zərərçəkmiş şəxs və şöbənin digər əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək orada olan xəstələrin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Beyləqan rayon MX-nın inzibati binasına daxil olaraq inzibati binanın ginekologiya şöbəsində ünvansız nalayiq söyüşlər söyərək, şöbənin həkimi Zərərçəkmiş şəxs təqhir edərək orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmiş, həmçinin Beyləqan rayonu, MX-nın iş fəaliyyətini pozmuşdur. Şəxs Beyləqan rayonu MX-nın inzibati binasında ünvansız nəlayiq söyüşlər söyməməsi və xəstəxananın ginekologiya şöbəsinin həkimi Zərərçəkmiş şəxs və şöbənin digər əməkdaşlarını söyüb təhqir etməməsi özünü müdafiə xarakteri daşıyır. Onun Beyləqan rayon MX-nın inzibati binasında xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları və şahidlərin izahatları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 may 2024-cü il, saat 12:10-dan hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 1 (saat) saat üçün 6 (altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili X3 ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar