Məhkəmə qərarları › İş №3(020)-391/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-391/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-391/2025 08.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Beyləqan Rayon Polis Şöbəsinin sahə rəisi, polis baş-leytenantı X1 iştirakları ilə, xx xxxxxxx 1978-ci il tarixdə Beyləqan rayonu, Qaralılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Beyləqan rayonu, Qaralılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan Rayon Polis Şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 08 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 08 iyul 2025-ci il tarixdə saat 01:02 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək 2020-ci ilin may ayında 9 baş xırdabuynuzlu heyvanının oğurlanması, aparılan araşdırılmadan narazı olmasını bildirmişdir. Həmçinin Şəxs DİN-nin 102 zəng xidmətinin əməkdaşlarını və Beyləqan rayon Polis Şöbəsinin əməkdaşlarını nalayiq ifadələr işlədərək təhqir etmiş, beləliklə də ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Buna görə də Beyləqan RPŞ-nin polis sahə rəisi, polis baş-leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 08 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Beyləqan RPŞ-nin polis sahə rəisi, polis baş-leytenantı X3 08 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs həqiqətəndə DİN-nin 102 məlumat mərkəzinə zəng edərək həm onların, həm də Beyləqan RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini qeyd etmiş, lakin sonuncunun törətdiyi əməldən çox peşman olduğunu, səmimiyyətlə bunu etiraf etdiyini və səfhini başa düşdüyünü deyərək, onun barəsində İXMnin 510-cu maddəsində nəzərdə tutlmuş ən yüngül cəzanın təyin olunmasını xaiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, 08 iyul 2025-ci il tarixdə saat 01:02 radələrində DİN-nin 102 zəng xidmətinin əməkdaşlarını və Beyləqan rayon Polis Şöbəsinin əməkdaşlarını nalayiq ifadələr işlədərək təhqir etmişdir. Həmin vaxt spirtli içki qəbul etdiyini deyən Şəxs eyni zamanda İİ qrup əlil olduğunu və bundan ötrü pensiya aldığını qeyd etdi. Törətdiyim inzibati xətaya görə Beyləqan rayon Polis Şöbəsinə dəvət edilmişdir. Etdiyi əmələ görə səmimi peşimandır, məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan 08 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. “Əlilliyin müəyyən olunması meyarları” nın 3.1.2-ci bəndinə görə xəsdəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşdırılması halında orqanizimin funksiyası 61-80 faiz pozulmuş hesab olunur. İXM-in 30.2-ci maddəsinə görə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin ən aşağı həddə tətbiq edilməsi kifayətdir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 30, 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar