Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-392/2023 12.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Beyləqan rayonu, Şərq qəsəbəsində anadan olmuş, ali təhsilli, subay, orta məktəbdə müəllimə işləyən, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu Şərq qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon məhkəməsinin 2(020)-1482/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər X1, X2, X4, Şəxs onların uşaqları xx.xx.2016-cı ildə anadan olmuş X3, xx.xx.2017-ci ildə anadan olmuş X6 və xx.xx.2019-cu ildə anadan olmuş X5 ilə birlikdə tələbkar Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Beyləqan rayon Şərq qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167 kv.m fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İş üzrə icra sənədi Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Şəxs Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Beyləqan rayon Şərq qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167 kv.m fərdi yaşayış evindən çıxmamışdır. Ona görə də, icra məmuru tərəfindən 14 noyabr 2022-ci il tarixdə məcburi icra tədbirləri keçirilmiş və icra tədbiri keçirən zaman Şəxs icra sənədinin icrasına maneçilik törətmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1482/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər X1, X2, X4, onun uşaqları xx.xx.2016-cı ildə anadan olmuş X3, xx.xx.2017-ci ildə anadan olmuş X6 və xx.xx.2019-cu ildə anadan olmuş X5 ilə birlikdə tələbkar Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Beyləqan rayon Şərq qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167 kv.m fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İcra məmuru 11 aprel 2023-cü il tarixdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbiri görən zaman tələbkarla aralarında mübahisə baş vermişdir. Çünki onun himayəsində iki azyaşlı övladları vardır və həmin yaşadığı evdən başqa yaşamaq üçün heç bir yeri yoxdur. Ona görə də icra sənədində göstərilən evdən çıxmamışdır. Bununla əlaqədar icra məmruna etirazını bildirmiş, qətnamənin icrasına razı olmamışdır. Göstərilənləri nəzərə almağı və barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1482/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər X1, X2, X4, Şəxs onların uşaqları xx.xx.2016-cı ildə anadan olmuş X3, xx.xx.2017-ci ildə anadan olmuş X6 və xx.xx.2019-cu ildə anadan olmuş X5 ilə birlikdə tələbkar Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Beyləqan rayon Şərq qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167 kv.m fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra cavabdehə icra sənədinin könüllü icrası ilə bağlı bir neçə dəfə rəsmi olaraq bildiriş göndərmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Şəxs icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də onun tərəfindən 14 noyabr 2022-ci il tarixdə məcburi icra tədbiri görülən zaman Şəxs məcburi icra tədbirinin həyata keçirilməsinə maneçilik edərək onun qanuni tələblərini yerinə yetirməmiş, ona görə də barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermiş, məhkəmənin 28 noyabr 2022-ci il tarixli, 3(020)-899/2022 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin inzibati cəriməni də bu günədək ödəməmişdir. Təkrar olaraq 11 aprel 2023-cü il tarixdə məcburi icra tədbiri görülən zaman Şəxs məcburi icra tədbirinin həyata keçirilməsinə maneçilik edərək onun qanuni tələblərini yerinə yetirməmişdir. Həmin vaxt Şəxs tələbkarla mübahisə etmişdir. Şəxs maneçilik törətdiyinə görə icra sənədinin icrası mümkün olmamışdır. Ona görə də Şəxsın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş icra sənədindən görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)- 1482/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər X1, X2, X4, Şəxs onların uşaqları xx.xx.2016-cı ildə anadan olmuş X3, xx.xx.2017-ci ildə anadan olmuş X6 və xx.xx.2019-cu ildə anadan olmuş X5 ilə birlikdə tələbkar Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Beyləqan rayon Şərq qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167 kv.m fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İşə əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 3(020)- 899/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin izahatlarını dinləyib, hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 11 aprel 2023-cü il tarixdə məcburi icra tədbirləri görülən zaman icra məmuruna maneçilik göstərmişdir. Həmin vaxt o, tələbkarla mübahisə etmiş, icra sənədinin icrasına imkan verməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmin hal icra məmuru tərəfindən tərtib edilmiş, 11 aprel 2023-cü il tarixli aktla da təsdiq olunmuşur. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada cəzalandırlmalıdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs şəxsiyyətini, ailə vəziyyətini, qadın olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsinin sanksiyası daxilində cərimə növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-392/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-392/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver