Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-392/2025 28.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidmət inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Beyləqan şəhəri, E.Əliyev küç ev 48-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidmət inspektoru X2 tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol daxil olmuşdur. Həmin protokoldan görünür ki, X2 25 iyun 2025-ci il tarixdə saat 22:30-da Beyləqan şəhəri Magistral küçəsi ərazisində “Mercedes Benz E220 CDİ” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidmət inspektoru X2 protoklu müdafiə etdiyini və Şəxs nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək, bildirdi ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o, maşınla yanacaq doldurma məntəqəsindən çıxıb hərəkətdə olarkən saxlanılmışdır.Həmin vaxt onun sərxoşluğu müayinə olunmuş və onda heç bir sərxoşluq halı müəyyən olunmamışdır. Lakin həmin vaxt onu həkim müayinəsi aparmışlar. Ondan sidik analizi götürülmüş və analizin nəticəsi olaraq onun narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur.Sonradan gedib özü sidik analizi vermiş və müayinə olunmuş ondan narkotik vasitə istifadə etməsi müəyyən olunmamışdır. O, narkotik vasitəni 1 il əvvəl qəbul etmişdir. Ona görə də, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 783 №-li Protokolundan görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana (THC) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 30 iyun 2025-ci il tarixli 2-395/2025 №-li Protokolundan görünür ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 783 №-li Protokolundan görünür ki, Şəxs ərizəsi əsasında ondan götürülmüş sidik nümunəsində OPİ (heroin), THC(marixuana) aşkar edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. “Yol hərəkəti haqqında” qanunun: 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən narkotik madddən istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Məhkəmə iclasında Şəxsn 30 iyun 2025-ci il tarixli ondan götürülmüş analizdə narkotik vasitənin müəyyən edilməsi barədə protokol hadisənin baş verdiyini gündən, yəni 25 iyun 2025-ci il tarixdə tərtib edilmədiyindən, həmin protokol məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına qalan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş 30 iyun 2025-ci il tarixdə ondan götürülmüş analizdə narkotik vasitənin müəyyən edilməməsi barədə protokol hadisənin baş verdiyini gündən, yəni 25 iyun 2025-ci il tarixdən 5 gün sonra tərtib edildiyindən, həmin protokol məhkəmə tərəfindən nəzərə alına bilməz. Odur ki, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs məsuliyyətinin yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ...inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-392/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-392/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver