Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-393/2025 11.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Beyləqan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Beyləqan rayonu, Milabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Milabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Beyləqan Rayon Polis Şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 11 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Onun həbsetməsinin əvvəli 10 iyul 2025-ci il tarix, saat 21:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səbuhi Səfərov Azərbaycan Respublikası Beyləqan Rayon Məhkəməsi AZ-1200 Beyləqan şəhəri, H.Əliyev pr-2 Tel: (02122) 5-29-08, 5-25-09, Faks: (02122) 5-29-08 www.beylagancourt.gov.az Elektron ünvan İş № 3(020)-393/2025 11 iyul 2025-ci il Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Ceyhun Qurbanova Beyləqan Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 3(020)-393/2025 nömrəli qərarından çıxarış icra edilməsi üçün sizə göndərilir. Qoşma: 01 vərəqdə Hakim: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(020)-393/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-393/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver