Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-394/2023 12.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olmuş, ailəli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 sentyabr 2013-cü il tarixli, 2(103)-4642/2013 saylı icra sənədinə əsasən Şəxs 09 aprel 2013-cü il tarixdən başlayaraq, 19 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyirinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu 2(008)-7625/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-1413/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 19 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2013-cü il tarixli, 2(103)-4642/2013 saylı icra sənədinə əsasən ondan 09 aprel 2013-cü il tarixdən başlayaraq, 19 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyirinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu 2(008)-7625/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-1413/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 19 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı zəif olduğundan icra sənədi üzrə alimentdən heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 15125 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra şöbəsinə dəvət olunmuş, icra şöbəsinə gəlməmiş barəsində axtarış qərarı verilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində axtarış qərarı olması ona bildirilmiş və polis əməkdaşları ilə birlikdə icra şöbəsinə gəlmişdir. İcra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq aliment borcunu ödəməsi tələb olunmuşdur. Gündəlik fərdi işlərlə məşğul olur, qazancını özünün dolanışığına sərf edir. Hazırda icra sənədi üzrə aliment borcunu ödəyə bilmir. Ona vaxt verilərsə icra sənədi üzrə alimenti gələcəkdə alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 sentyabr 2013-cü il tarixli, 2(103)-4642/2013 saylı icra sənədinə əsasən Şəxs 09 aprel 2013-cü il tarixdən başlayaraq, 19 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyirinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu 2(008)- 7625/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-1413/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 19 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs barəsində icra sənədləri üzrə icra tədbirləri görülməsinə baxmayaraq icra sənədləri üzrə alimentdən heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 15125 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlməmiş, ona görə də barəsində axtarış qərarı qəbul olunmuşdur. Şəxs polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə alimenti ödəməsi tələb olunmuşdur. Şəxs icra şöbəsində izahat verərək aliment ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati qaydada həbs edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 sentyabr 2013-cü il tarixli, 2(103)-4642/2013 saylı icra sənədinə əsasən Şəxs 09 aprel 2013-cü il tarixdən başlayaraq, 19 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyirinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. İşdə olan Bakı şəhəri, Sabunçu rayonu 2(008)-7625/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-1413/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 19 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 12 aprel 2023-cü il tarixdən, saat 19:45-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-394/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-394/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver