Məhkəmə qərarları › İş №3(020)-396/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-396/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-396/2023 13.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunu sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs iştrakı ilə u il tarixdə Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətandaşı, orta təhsilli, ailəli, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu Yeni Mil qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi barədə icra məmurunun protokoluna Beyləqan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Beyləqan rayon məhkəməsinin 3(020)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qərına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəxs həmin cəriməni ödəməmiş, bununla da inzibati tənbehetmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 (iyirmi beş) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 3(020)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qərına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati qaydada ona tətbiq edilən cəriməni hazıra kimi ödəməmişdir. Hal-hazırda da cərimə borcunu ödəmək üçün maddi imkanı yoxdur. Ona görə də barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 3(020)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qərına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Beyləqan rayon məhkəməsinin 3(020)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən 25 (iyirmi beş) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu səbəbdəndə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndidilməsinə dair protokol tərtib edərək məhkəməyə vermişdir. Şəxs hazırda da cəriməni ödəmək fikrində deyildir. İşdə olan Beyləqan rayon məhkəməsinin 3(020)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qərına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş üzrə icra vərəqəsi icra üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Camal Alıyevin və barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyəti tədbirdir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısnı almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən,xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıram hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 111, 112,114,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib ona 200 (iki yüz) saat ictimai işlər cəzası təyin edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protes verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar