Məhkəmə qərarları › İş №3(020)-398/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-398/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-398/2023 14.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2022-ci il tarixdə,saat 17 radələrindəBeyləqan rayonu, Milabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilmədi və izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla aralarında torpaq mübahisəsi olduğuna görə münasibətləri soyuqdur. X4 ilə 2014-cü ildə ailə həyatı qurmuşdur. Milabad qəsəbəsində arvadının ailə üzvlərinə məxsus 1.58 ha torpaq sahəsi vardır. Nuranənin ailə üzvləri həmin torpaq sahəsindən 0.33 ha Nuranəyə bağışlamışlar. Lakin həmin torpaq sahəsini onun qaynatası 2004-cü ildə Adil adlı şəxsə satmışdır. Alqı-satqı zamanı Şirin adlı şəxsdə onların yanında olmuşdur. Həmin vaxt torpaq sahələri düzgün ölçülüb payalanmadığından həmin torpaq sahəsi uzun müddət Adilin istifadəsində qalmışdır. Sonradan müəyyən olunmuşdur ki, qaynatasına məxsus torpaq sahəsi düzgün göstərilməmiş, əslində həmin torpaq sahəsinin yaxınlığında yerləşən və Şirin adlı şəxsin istifadəsində olan torpaq sahəsinin üzərinə düşmüşdür. Buna görə də Şirinlə aralarında bir neçə dəfə sözlü mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, qaynı Şəhriyar ilə həmin torpaq sahəsini əkdirmək üçün sahəyə getmişlər. Həmin vaxt sahəyə su açıldığını görmüş, suyu bağladıqdan sonra təxminən 2-3 saat işləyib evlərinə getmiş, sonra isə həmin gün yenidən sahəyə qayıtmışlar. Təxminən saat 17 radələrində Vasifin sözügedən sahədə mal-qara otardığını görmüş, ona sahəsini suvardığı üçün irad bildirmişlər. Vasiflə aralarında sözlü mübahisə başılamış, mübahisə zamanı onlar bir-birlərinin yaxasından tutaraq çəkişmiş, lakin o, Vasifi vurmamışdır. Aralarında baş vermiş mübahisə 3-5 dəqiqə davam etdikdən sonra qaynı Şəhriyar onları aralamış, bundan sonra Vasif oradan çıxıb getmişdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs tanıyır. Onunla aralarında torpaq üstündə narazılıqları olduğu üçün münasibətləri soyuqdur. Atası 2004-cü ildə Beyləqan rayonu 1-ci şahsevən kənd sakini Əlixan adlı şəxsin Milabad qəsəbə ərazisində yerləşən torpaq sahəsini şifahi razılıq əsasında satın almışdır. Həmin vaxtdan torpaq sahəsi onların istifadəsində olmuş, lakin rəsmi sənədlərlə Əlixana məxsus olmuşdur. Təxminən 2 il bundan əvvəl Əlixanın oğlu Nuşirəvan Ağayev onlara həmin torpaq sahəsindən çıxmalarını bildirmiş, atası Şirin torpaq sahəsi üçün Əlixan Ağayevə ödəniş etdiyini, aralarında olan şifahi razılığa əsasən həmin torpaq sahəsinin onlara məxsus olmasını bildirmiş və sahədən çıxmaqdan imtina etmişlər. Buna görə də həmin vaxtdan Əlixan Ağayevin övladları və yeznəsi Amil adlı şəxslə aralarında dəfələrlə mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, sözügedən torpaq sahəsini suvarmaq üçün sahəyə su açmışdır. Saat 17 radələrində X1 Ağayev və yeznəsi Şəxs sahəyə gələrək onunla mübahisə etmişlər. Mübahisə zamanı Şəxs bir dəfə onun alnından, bir dəfə ağzından, bir dəfə çiynindən yumruqla, iki dəfə isə təpiklə dizinə vurmuşdur. Mübahisə təxminən 3- 5 dəqiqə çəkmiş, bundan sonra Amil və Şəhriyar oradan uzaqlaşıb getmişlər. O, isə bu barədə atasına zəng edərək məlumat vermiş, atası isə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Şəxsla barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 25 noyabr 2022-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis baş leytenantı X2 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı X3 DİN-nin 102 xidməti zəng mərkəzinə daxil olmuş müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 07 noyabr 2022-ci il tarixli 862/2022 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs alın nahiyəsində sıyrıqlar, sol diz oynağı nahiyəsində isə qançır aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 202-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar