Məhkəmə qərarları › İş №3(020)-399/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-399/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-399/2024 03.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işsiz, evli, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində Beyləqan rayonu Dünyamalılar kəndində küçədə uca səslə qışqıraraq nalayiq ifadələr işlətməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində yaşadığı Beyləqan rayonu Dünyamalılar kəndinin mərkəzinə çıxmış və orada həmyaşıdları ilə söhbət edən həmyaşıdlarından biri ilə söhbət əsnasında aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbləşərək kənd mərkəzində küçədə ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt kənd mərkəzində xidmətdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və uca səslə söyüş söyməsini ona irad bildirmişlər. Bu zamana polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və polis əməkdaşlarıyla da uca səslə danışmış və buna görə də polis əməkdaşları onu PŞ-nin inzibati binasına apararaq NH-yə təhvil vermişlər. Əməlindən peşimandır. Hadisə zamanı əsəbi vəziyyətdə olduğundan özündə olmamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində Beyləqan rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X2 ilə birlikdə Beyləqan rayonu Dünyamalılar kəndində xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə küçədə ünvansız nalayiq ifadələr işlətdiyini eşitmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələbinə məhəl qoymayaraq etdiyi qanunsuz hərəkətləri davam etdirərək onlarla mübahisə etmişdir. Ona görə də həmin şəxsi xidməti avtomobilə mindirərək rayon PŞ-nə gətirərək NH-yə təhvil vermişlər. PŞ-də həmin şəxsin Beyləqan rayonu Dünyamalılar kənd sakini Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X1 rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X4 ilə eyni məzmunda izahat verərək Ə.Kərimzadənin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində Beyləqan rayonu Dünyamalılar kəndində küçədə uca səslə qışqıraraq nalayiq ifadələr işlətməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması Şəxs etirafı ilə yanaşı iş materialları və şahidlərin izahatları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini,törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hadisəni əsəbi vəziyyətdə törətməsini nəzərə alıb Zaur Məmmədova təqsirləndirildiyi maddənin sanksiyası daxilində inzibati həbs təyin edilməsini qanuna müvafiq hesab edirəm. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:15-də inzibati qaydada tutulmuşdur. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 may 2024-cü il tarixdən saat 00:30-dan hesablansın Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar