Məhkəmə qərarları › İş №3(020)-4/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-4/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-4/2024 17.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlunun, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2006-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işsiz, subay, orta təhsilli, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 98-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 18 oktyabr 2023-cü il tarixdə, saat 02:15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, Beyləqan şəhəri, 20 yanvar küçəsində idarə etdiyi “VAZ 21061” markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirmiş və avtomobil yol kənarında olan drenaj kanala düşmüşdür. Hadisə zamanı X1 məxsus “VAZ 21061” markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bildi və məhkəmə iclasında izahat verərək göstərdi ki, “VAZ 21061” markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil babası X1 məxsusdur. Onun sürücülük hüququ olmadığına görə 18 oktyabr 2023-cü il tarixdə babasının yaşadığı evə getmiş və avtomobilin babasıgilin həyətinin qarşısında dayandığını görmüşdür. Bundan sonra babasından xəbərsiz “VAZ 21061” markalı, **-EG-*** d/q nömrə nişanlı avtomobili minərək idarə etməyə başlamışdır. Təxminən saat 02:15 radələrində Beyləqan şəhəri 20 yanvar küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirmiş və idarə etdiyi avtomobili yol kənarındakı drenaj kanala salmışdır. Hadisə zamanı avtomobildə ondan başqa dostu Elsevər Məmmədov olmuşdur. Avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. “VAZ 21061” markalı, **-EG-*** d/q nömrə nişanlı avtomobilə dəymiş maddi zərəri tam olaraq ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokladan görünür ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə, saat 02:15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, Beyləqan şəhəri, 20 yanvar küçəsində idarə etdiyi “VAZ 21061” markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirmiş və avtomobil yol kənarında olan drenaj kanala düşmüşdür. Hadisə zamanı X1 məxsus “VAZ 21061” markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi zamanı Mirzə Mahmudova məxsus avtomobilə maddi zərər dəyməsi onun özünün izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə müəyyən edildi ki, yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21061” markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş maddi zərər Şəxs tərəfindən aradan qaldırılmışdır. Mirzə Mahmudovun zərərlə bağlı heç bir tələbi yoxdur. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 1 (saat) saat üçün 6 (altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar