Məhkəmə qərarları › İş №3(020)-4/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-4/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-4/2025 20.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 22 oktyabr 2024-cü ildə icraatıma Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Beyləqan rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP 663795 nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş daxil olmuşdur. Protokolu və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməkdən boyun qaçırdığından Beyləqan Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qərarı ilə onun barəsində gətirilmə tədbiri tətbiq edilərək, həmin məhkəmənin 03 dekabr 2024-cü il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Məhkəmə tərəfindən görülmüş zəruri tədbirlərə baxmayaraq, Şəxs gətirilməsi barədə qəbul edilmiş 03 dekabr 2024-cü il tarixli qərar icra edilməmiş və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə gətirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.8-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Həmin Məcəllənin 53.0 və 53.0.6-cı maddələrinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, Şəxs barəsində 22 oktyabr 2024-cü ildə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraat 04 dekabr 2024-cü il tarixli qərarla dayandırılmış olduğundan və həmin qərar əsasında inzibati xəta haqqında iş üzrə icraatın müddətinin axımının dayandırılması bir ildən artıq davam etdiyindən, yuxarıda təsvir olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 104, 105, 114-115, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında olan iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.8-ci maddəsinə əsasən xitam verilsin. Qərardan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar