Məhkəmə qərarları › İş №3(020)-40/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-40/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-40/2025 21.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil bürosunun vəkili X2, X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyasının Tumen şəhərində anadan olan, Rusiya Federasiyası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Rusiya Federasiyasının Tumen şəhərində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində göstərilən inzibati xətaları törətməsinə dair Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 19 yanvar 2025-ci il tarixli, MN ******* saylı "inzibati xəta haqqında” protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 19 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Beyləqan rayonu 1-ci Şahsevən kəndində küçədə səs-küy salaraq xırda quliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, özünü qismən təqsirli bilir. Belə ki, 19 yanvar 2025-ci il tarixdə saat 11 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində kənd mərkəzində olan zaman ona məxsus mobil telefona rusiyada yaşayan dostu tərəfindən zəng gəlmiş və o, dostu ilə aralarında olan pul söhbətinə görə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı əsəbləşdiyindən küçədə ünvansız söyüşlər söyərək səs-küy salmışdır. Bu zaman ərazidə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və küçədə ünvansız nalayiq ifadə işlətməsini ona irad bildirərək onu polis şöbəsinə dəvət etmişdir. O, həmin polis əməkdaşlarına telefonla danışdığını bildirmiş və telefonla danışıb qutardıqdan sonra onlarla birlikdə gedəcəyini bildirmişdir. Həmin vaxt o, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, özü könüllü şəkildə polis əməkdaşları ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Hadisə zamanı əsəbi vəziyyətdə olmuşdur. Küçədə ucadan nalayiq ifadələr işlətdiyinə görə hərəkətlərindən peşmandır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasına şahid Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Beyləqan rayon 1-ci Şahsevən kəndi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin telefonla danışan zaman ucadan nalayiq ifadələr işlətiyini eşidib həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər və həmin şəxsə küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməsini irad bildirərək həmin şəxsi rayon PŞ-nə dəvət etmişdir. Lakin həmin şəxs onlarla birlikdə PŞ-nə getmək istəməmiş, lakin buna baxmayaraq onu rayon PŞ-nə aparmışlar. Sonradan şəxsiyyətini öyrəndikləri həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Şəxs onlara qarşı söyüş söyməmiş, onlara müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Beyləqan rayon PŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Elvin Salahov tərəfindən Beyləqan rayon Pş-nin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şəxs 19 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Beyləqan rayonu 1-ci Şahsevən kəndində küçədə səs-küy salaraq xırda quliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmadığını bildirmişdir. - Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X6 tərəfindən tərtib edilmiş 19 yanvar 2025-ci il tarixli, MN ******* saylı "inzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 19 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Beyləqan rayonu 1-ci Şahsevən kəndində küçədə səs-küy salaraq xırda quliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. Məhkəmə iclasında Şəxs polisin qanuni tələbinə tabe olmaması halı müəyyən edilməmişdir. Ona görə də Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib-əlamətləri olmadığına görə həmin maddə ilə iş üzrə icraata xitam verilməlidir. Lakin, İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər bu maddə ilə məsuliyyət yaradır. İşin faktiki halları ilə Şəxs küçədə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Ona görə də barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olan tənbeh növünün təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏ RA RA A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:30-dan hesablansın. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 1 (bir) saat üçün 6 (altı) manat Beyləqan rayon Vəkil bürosunun vəkili X3 dövlət büdcəsi hesabına ödənilsin. Qərarın surəti həmin hissədə icra üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim :Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar