Məhkəmə qərarları › İş №3(020)-400/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-400/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-400/2023 14.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs-Şəxs, İnzibati xəta əməlindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 iştirakı ilə xx.xx.1954-cü il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu Milabad qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 və Şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək onları döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs1 və Şəxs əvvəldən tanıyır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs1la aralarında təxminən 2 aydır torpaq mübahisələri vardır. Ona məxsus olan Beyləqan rayonu Milabad qəsəbəsində yerləşən 1 ha 50 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 qayınatasından 2003cü il tarixdə almış, lakin həmin torpaq sahəsinin ona məxsus olmasına dair heç bir sənədləşmə işləri aparmamışdır. 24 noyabr 2022-ci il tarixdə saat 15 radələrində həmin torpaq sahəsinin yaxınlığında yerləşən ona məxsus olan üzüm bağında budama işləri aparan zaman Zərərçəkmiş şəxs1 ona məxsus olan torpaq sahəsində dayandığını görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs1 ona məxsus olan torpaq sahəsində nə üçün dayandığını soruşmuşdur. Zərərçəkmiş şəxs1 isə ona cavabında həmin torpaq sahəsinin qaynatasına məxsus olduğunu və həmin torpaq sahəsində müəyyən görəcəyini ona bildirmişdir. Bu zaman aralarında sözlü mabshisə yaranmış, Zərərçəkmiş şəxs1 yerdən götürdüyü daşı ona tərəf ataraq sol qol nahiyəsindən vuraraq həmin yerdən çıxıb getmiş və aralarında baş vermiş mübahisə başa çatmışdır. Hadisə zamanı Amilin qaynı Nüşirəvan Ağayevdə orada olmuşdur. O, həmin vaxt Nüşirəvanı və Amili vurmamış və onlara heç bir xəsarət yetirməmişdir. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxs əvvəldən tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. X2 məxsus olan Beyləqan rayonu Milabad qəsəbəsində yerləşən 1 hektar 58 sot torpaq sahəsi vardır. Nüşirəvan Ağayev həmin torpaq sahəsini əkib-becərməsi üçün ona vermişdir. O, da həmin torpaq sahəsində müəyyən işləri görmək üçün hadisəıdən təxminən 2 ay əvvəl Beyləqan rayon, Milabad qəsəbəsində yerləşən həmin torpaq sahəsinə gedən zaman Şəxs qaynı Nüşirəvan Ağayevə məxsus olan torpaq sahəsində olduğunu görmüş və Şəxs həmin torpaq sahəsində nə üçün olmasını soruşan zaman Şəxs torpaq sahəsinin özünə məxsus olmasını bildirmiş və həmin vaxtdan etibarən aralarında torpaq mübahisəsi yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində qaynı Nüşirəvan Ağayevlə birlikdə Nüşirəvana məxsus olan torpaq sahəsində müəyyən işləri görmək üçün getdikdə Şəxs yenidən həmin torpaq sahəsində olmasını görən zaman aralarında yenidən sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onun və qaynı Nüşirəvanın boğaz nahiyəsindən əli ilə vuraraq onları döyməyə başlamışdır. Həmin vaxt o, Şəxs sinəsindən vuraraq özündən aralaşdırmış və bundan sonra qaynı Nüşirəvan ilə oradan çıxıb getmişlər. bundan sonra onlar arasında baş verən münaqişə başa çatmışdır. Hazırda Şəxsla barışmamış, Şəxs şikayətçidir. Məhkəmə iclasında izahat verən zərəçəkmiş X1 Amil Eldar oğlu ilə eyni məzmunda izahat verərək Zərərçəkmiş şəxs1 izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 və Şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək onları döymüşdür. İşdə olan 28 noyabr 2022-ci il tarixli 928/2022 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X4 vətəndaş Zərərçəkmiş şəxs1 adına vermiş olduğu 28 noyabr 2022-ci il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 boyun nahiyəsində qançır və sıyrıq olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələr bilərdi və sağlamlığa zərər vurmyan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İşdə olan 28 noyabr 2022-ci il tarixli 929/2022 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X4 vətəndaş X3 adına vermiş olduğu 28 noyabr 2022-ci il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı 1986-cı il təvəllüdlü X3 boyun nahiyəsində qançır olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələr bilərdi və sağlamlığa zərər vurmyan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 07 dekabr 2022-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis baş leytenantı X8 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmişlərin izahatını dinləyib hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs əməllərində inzibati xətanın tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar