Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-401/2024 07.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı orta təhsilli, ailəli, işsiz, Beyləqan rayonu Əhmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1693/2022 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs 3500 manat cinayət nəticəsində vurulmuş zərər və iş üzrə ödənilmiş 56 manat məbləğində dövlət rüsumu alınıb X1 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1693/2022 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən ondan 3500 manat cinayət nəticəsində vurulmuş zərər və iş üzrə ödənilmiş 56 manat məbləğində dövlət rüsumu alınıb X1 verilməlidir. Maddi imkanı olmadığından icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. İcra məmuru tərəfindən bir neçə dəfə çağırılmış və bütün çağırışlara getmişdir. İcra məmuru tərəfindən ona icra sənədi üzrə borcunu ödəmək üçün vaxt verilmişdir. Lakin ona verilmiş vaxt ərzində icra sənədi üzə borcunu ödəyə bilməmişdir. Gündəlik fərdi işlərlə məşğul olaraq əldə etdiyi gəliri özünün və ailəsinin dolanışığına sərf edir. Hazırda icra sənədi üzrə borcundan 500 manat ödəməyə imkanı çatır. Ona vaxt verilərsə icra sənədi üzrə borcunu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1693/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 3500 manat cinayət nəticəsində vurulmuş zərər və iş üzrə ödənilmiş 56 manat məbləğində dövlət rüsumu alınıb X1 verilməlidir. Borclu Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 3500 manat borcu ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Şəxs icra şöbəsində olan zaman tələbkarla telefonda danışmış və tələbkar borcun tam olaraq ödənilməsini tələb etmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1693/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 3500 manat cinayət nəticəsində vurulmuş zərər və iş üzrə ödənilmiş 56 manat məbləğində dövlət rüsumu alınıb X1 verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzürsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 07 may 2024-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-401/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-401/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver