Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-402/2023 14.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2022-ci il tarixdə, Beyləqan rayonu, Milabad qəsəbə sakini Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etmədi və izahatında göstərdi ki, Zərərçəkmiş şəxs əvvəldən tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. X1 məxsus olan Beyləqan rayonu, Milabad qəsəbəsində yerləşən 1 hektar 58 sot torpaq sahəsi vardır. Nüşirəvan Ağayev həmin torpaq sahəsini əkib-becərməsi üçün ona vermişdir. O, da həmin torpaq sahəsində müəyyən işləri görmək üçün hadisədən təxminən 2 ay əvvəl Beyləqan rayon, Milabad qəsəbəsində yerləşən həmin torpaq sahəsinə gedən zaman Zərərçəkmiş şəxs qaynı Nüşirəvan Ağayevə məxsus olan torpaq sahəsində olduğunu görmüş və Zərərçəkmiş şəxs həmin torpaq sahəsində nə üçün olmasını soruşan zaman Zərərçəkmiş şəxs torpaq sahəsinin özünə məxsus olmasını bildirmiş və həmin vaxtdan etibarən aralarında torpaq mübahisəsi yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində qaynı Nüşirəvan Ağayevlə birlikdə Nüşirəvana məxsus olan torpaq sahəsində müəyyən işləri görmək üçün getdikdə Zərərçəkmiş şəxs yenidən həmin torpaq sahəsində olmasını görmüşlər və aralarında yenidən sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun və qaynı Nüşirəvanın boğaz nahiyəsindən əli ilə vuraraq onları döyməyə başlamışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs sinəsindən vuraraq özündən aralaşdırmış və bundan sonra qaynı Nüşirəvan ilə oradan çıxıb getmişlər. Münaqişə zamanı o, Zərərçəkmiş şəxs döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs əvvəldən tanıyır, onunla ədavət və düşmənçiliyi olmamış, lakin Şəxsla aralarında təxminən hadisədən 2 ay əvvəl torpaq mübahisələri yaranmışdır. Belə ki, ona məxsus olan Beyləqan rayon, Milabad qəsəbəsində yerləşən 1 hektar 50 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsini Şəxs qaynatasından 2003-cü ildə almışdır. Lakin həmin torpaq sahəsini aldıqdan sonra öz adına rəsmi sənədləşdirməmişdir. 24 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində həmin torpaq sahəsinin yaxınlığında yerləşən ona məxsus olan üzüm bağında budama işlərini həyata keçirən zaman Şəxs ona məxsus 1 hektar 50 sot torpaq sahəsinin içində dayanmasını görmüşdür. Bu zaman Şəxs nə üçün ona məxsus torpaq sahəsində dayandığını soruşmuşdur. Şəxs isə cavabında torpaq sahəsinin qaynatasına məxsus olduğunu və həmin torpaq sahəsində müəyyən işlər görəcəyini ona bildirmişdir. Bu zaman Şəxsla aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı Şəxs yerdən daş götürərək ona tərəf ataraq sol qol nahiyəsindən vurmuş və bundan sonra həmin sahədən çıxıb getmişdir. Bundan sonra aralarında baş vermiş mübahisə başa çatmışdır. Mübahisəni ətrafda heç kəs görməmişdir. Hazırda Şəxs ilə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs ciddi cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 07 dekabr 2022-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı müraciəti əsasında toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 28 noyabr 2022-ci il tarixli, 925/22 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol said nahiyəsində təpə nahiyəsində əzilmiş yara, sağ kürəküstü nahiyəsində isə qancır olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə məhkəmə iclasında Şəxs Zərərçəkmiş şəxs döyməməsini göstərsə də onun həmin hərəkətləri iş materialları ilə tam sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin izahatı özünü müdafiə xarakteri daşıyır və işin araşdırılmış halları ilə təkzib edilmişdir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Yaşar Quliyevi döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 15:20-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-402/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-402/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver