Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-402/2024 07.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli,işsiz, Beyləqan rayonu Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan rayonu Dünyamalılar kəndində səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı Beyləqan rayon Dünyamalılar kəndinin mərkəzində olan zaman özünə məxsus mobil telefona evdən zəng gəlmiş və o, telefonla danışan zaman əsəbləşdiyindən kənd mərkəzində ucadan danışaraq nalayiq ifadələr işlətmişdir. Bu zaman kənddə xidmətdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər. O, həmin vaxt əsəbi halda olduğundan polis əməkdaşlarına məhəl qoymamış və öz hərəkətlərinə davam etmişdir. Ona görə də polis əməkdaşları onu Beyləqan rayon PŞ-nin inzibati binasına gətirərək NH-yə təhvil vermişlər. Yeni ailə qurmuşdur. Himayəsində xəstə anası vardır. Hazırda hərəkətlərindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin CAB-nün əməliyyat müvəkkili polis kapitanı X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində RPŞ-nin CAB-nün əməliyyat müvəkkili polis baş leytenantı Sərxan Bəşirzadə ilə birlikdə Beyləqan rayonu Dünyamalılar kəndində xidmətdə olarkən bir nəfər şəxsin uca səslə küçədə ünvansız nalayiq ifadələr işlətdiyini görüb həmin şəxsə yaxınlaşmışlar. Özlərini həmin şəxsə təqdim etdikdən sonra həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələbinə məhəl qoymamış və etdiyi qanunsuz hərəkətləri davam etdirərək onlarla mübahisə etmişdir. Ona görə də həmin şəxsi RPŞ-nə gətirərək NH-yə təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin Beyləqan rayonu Dünyamalılar kənd sakini Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin nin CABnün əməliyyat müvəkkili polis baş leytenantı X1 rayon PŞ-nin CAB-nün əməliyyat müvəkkili polis kapitanı X4 ilə eyni məzmunda izahat verərək Əli Kərimzadənin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan rayonu Dünyamalılar kəndində səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafı, şahidlərin izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Şəxs peşmançılıq çəkməsi, əməlini etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal hesab olunur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində deyilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılıq hissi keçiməyi məsuliyyəti yüngülləşdirən hal hesab edilir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hərəkətindən səmimi peşimançılıq hissi keçirməsini və polis əməkdaşlarından üz istəməsini nəzərə alıb ona Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-402/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-402/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver