Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-403/2024 07.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1995-ci ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, ailəli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Ağcabədi rayon PŞ-də PPXB-nin polis serjantı işləyən, Beyləqan şəhəri, 20 yanvar küçəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 06 may 2023-cü il tarixdə, saat 11:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində idarə etdiyi “VAZ 21074” markalı, **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə sola dönən zaman ötmə əməliyyatı edən X2 məxsus “Mercedes Benz E200” markalı, **-TC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 06 may 2023-cü il tarixdə, saat 11:00 radələrində idarə etdiyi “VAZ 21074” markalı, **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan zaman sola dönmə əməliyyatı etmək istəyərkən eyni istiqamətdə sürətlə hərəkət edib ötmədə olan “Mercedes Benz E200” markalı, **-TC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt avtomobildə tək olmuşdur. Hadisə zamanı heç kəs xəsarət almamışdır. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmişdir. Qəza nəticəsində hər iki avtomobilə maddi zərər dəymişdir. “Mercedes Benz E200” markalı avtomobilə dəymiş maddi zərəri hazırda ödəməmişdir. Çünki zərərin məbləği düzgün hesablanmamışdır. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, 06 may 2023-cü il tarixdə, saat 11:00 radələrində idarə etdiyi “Mercedes Benz E200” markalı, **- TC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olan zaman Şəxs idarə etdiyi “VAZ 21074” markalı, **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə dönmə işıqlarını yandırmadan sola dönərkən avtomobillər toqquşmuşdur. Həmin vaxt avtomobildə tək olmuşdur və xəsarət almamışdır. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus “Mercedes Benz E200” markalı, **-TC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1390 manat maddi zərər Dəymişdir. dəymiş maddi zərər Şəxs tərəfindən indiyədək ödənilməmişdir. Zərərin ödənilməsini tələb edir. Göstərilənlərin nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokladan görünür ki Şəxs 06 may 2023-cü il tarixdə, saat 11:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində idarə etdiyi “VAZ 21074” markalı, **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə sola dönən zaman ötmə əməliyyatı edən X2 məxsus “Mercedes Benz E200” markalı, **-TC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E200” markalı, **-TC-*** markalı avtomobilin sahibi Rasim Rasimliyə 1390 (bir min üç yüz doxsan) manat məbləğində maddi zərər dəyməsi onun özünün izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. İşdə olan "xxxx" MMC tərəfindən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş 07 may 2024-cü il tarixli, SA- 060 saylı ziyan aktından görünür ki, 06.052024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi “Mercedes Benz E200” markalı, **-TC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əzilmiş, qırılmış deformasiyaya uğrayaraq yarasız vəziyyətə düşməsi nəticəsində 1390 (bir min üç yüz doxsan) manat dəyərində zərər dəyməsi müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə müəyyən edildi ki, xx.xx.2024-c il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi “Mercedes Benz E200” markalı, **-TC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 1390 (bir min üç yüz doxsan) manat dəyərində ziyan Şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Zərərçəkmiş şəxs X2 dəymiş zərərlə bağlı mübahisə olması müəyyən edildiyindən mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilməlidir. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməlini töərətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Zərərçəkmiş şəxs X2 dəymiş zərərlə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-403/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-403/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver