Məhkəmə qərarları › İş №3(020)-404/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-404/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-404/2024 10.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, bir uşaq atası, orta təhsilli, işsiz, Beyləqan şəhəri, Ə.Vahid küçəsi 39-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1731/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs 7000 (yeddi min) manat pul alınıb X1 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1731/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən ondan 7000 (yeddi min) manat pul alınıb X1 verilməlidir. İcra sənədi üzrə tələbkarla borcun hər ay 200 manat olmaqla hissə-hissə ödəməsi barədə razılığa gəlmişdir. Bu ay icra sənədi üzrə borcundan 85 manat tələbkara ödəmiş, aylıq ödənişdən qalan 115 manatı da 2-3 gün ərzində ödəyəckdir. Hazırda borcunu ödəməsi üçün maddi imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1731/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 7000 (yeddi min) manat pul alınıb X1 verilməlidir. Şəxs tələbkarla öz aralarında icra sənədi üzrə borcunu hər ay 200 manat olmaqla hissə-hissə ödəyəcəyi barədə razılığa gəlmişdir. Lakin bu ay razılığa gəldiyi 200 manat ödənişdən 85 manat ödəmişdir. Bundan sonra tələbkar öz narazılığını bildirərək şikayət ünvanlamışdır. İcra sənədi üzrə borcunu ödəməsi üçün borclu Şəxs sms bildiriş göndərilmiş və icra şöbəsinə dəvət olunmuşdur. Lakin qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcundan ödədiyi 85 manatdan başqa heç bir ödəniş etməmişdir. Onun çağırışından sonra icra şöbəsinə gələn Şəxs icra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, hazırda icra sənədi üzrə olan borcunu ödəmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə 2-3 gün ərzində razılığa gəldikləri 200 manatın qalan 115 manatını ödəyəcəkdir. Tələbkar borcun ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində protokol tərtib edərək məhkəməyə gətirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1731/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 7000 (yeddi min) manat pul alınıb X1 verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da qalan borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində aşağı həddə inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 may 2024-cü il tarixdən, saat 12:15-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar