Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-405/2024 10.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Xocavənd rayonu, Əmrallar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xocavənd rayonu, Əmrallar kəndində qeydiyyatda olan, Xocavənd rayonu 200 ailəlik qəsəbədə yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 1(020)-02/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən çıxarılmış icra sənədinə əsasən Şəxs 27151 manat məbləğində pul alınaraq X1 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 3(020)-790/2023 saylı qərarı ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 1(020)-02/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən çıxarılmış icra sənədinə əsasən ondan 27151 manat məbləğində pul alınaraq X1 verilməlidir. Həbsdə olduğuna görə icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. İcra məmuru tərəfindən barəsində protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 3(020)-790/2023 saylı qərarı ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir., Həbsdən çıxdıqdan sonra isə icra sənədi üzrə borcundan tələbkara iki dəfə olmaqla ümumilikdə 2000 manat pul ödəmişdir. Hazırda rəsmi olaraq iş yeri vardır. İcra məmuru tərəfindən borcun ödənilməsi tələb olunarkən əmək haqqından aylıq pul tutulub tələbkara verilməsini bildirmişdir. Hazırda göstərilən məbləği tam olaraq ödəyə bilmir, borcundan 200 manat ödəmək imkanı vardır. Qalan borcunu isə hər ay hissə-hissə ödəyə bilər. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 1(020)-02/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən çıxarılmış icra sənədinə əsasən Şəxs 27151 manat məbləğində pul alınaraq X1 verilməlidir. Həbsdən çıxdıqdan sonra Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində 06 sentyabr 2023-cü il tarixdə protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra borcundan 1000 manat ödəmişdir. Bundan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 26151 manat borcu bu günədək ödənilməmiş qalmışdır. Şəxs icra şöbəsinə gəlmiş və izahat verərək rəsmi iş yerinin olduğunu bildirərək icra sənədi üzrə borcunun tutulması üçün əmək haqqına yönəldilmə edilməsini bildirmiş, tələbkar isə çoxsaylı şikayətlər edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 1(020)-02/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən çıxarılmış icra sənədindən görünür ki, Şəxs 27151 manat məbləğində pul alınaraq X1 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 3(020)-790/2023 saylı qərarından görünür ki, Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 3(020)-790/2023 saylı qərarı ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməməsi, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 may 2024-cü il tarixdən, saat 12:35-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-405/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-405/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver