Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-406/2024 10.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Beyləqan rayonu Aşqallar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Beyləqan rayonu Aşqallar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40-da radələrində istifadəsində olan mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşlarını təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini səmimi etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:40-da yaşadığı Beyləqan rayonu Aşqallar kəndində yerləşən kafelərdən birində yeyib içdikdən sonra sərxoş vəziyyətdə DİN-nin 102 zəng xidmətinə zəng etmiş və içkinin təsirindən özündə olmadığından polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt sərxoş vəziyyətdə olduğundan polis əməkdaşlarının ünvanına söyüş söymüşdür. Hazırda hərəkətlərindən peşimandır. Birdaha belə hərəkətlərə yol vermiyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40-da radələrində istifadəsində olan mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşlarını təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. İşə əlavə olunmuş İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi muayinəsi barədə xx.xx.2024-cü il tarixli, 347 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə yüngül dərəcə sərxoş vəziyyətdə olmuşdur. Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları və özünün izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hərəkətlərindən peşiman olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq aşağı həddə həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. İş materiallarından görünür ki, Şəxs barəsində 08 may 2024-cü il tarixdə saat 20:30-da tutma protokolu tərtib edilmişdir. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 20:30-dan hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-406/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-406/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver