Məhkəmə qərarları › İş №3(020)-408/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-408/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-408/2024 10.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, sürücü işləyən, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin e-2(011)-730/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X2 ilə Şəxs arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1993-cü il buraxılış ili **-OV-*** dövlət nömrə nişanlı Kamaz 4425 Yük markalı nəqliyyat vasitəsinin alqı-satqısına dair ilkin müqavilə ləğv edilmiş, 1993-cü il buraxılış ili **-OV-*** dövlət nömrə nişanlı kamaz 4425 yük markalı nəqliyyat vasitəsi cavabdeh Şəxs alınaraq X1 qayarılmalı, 600 manat məbləğində pul vəsaiti Şəxs tutularaq X1 ödənilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin e-2(011)-730/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X2 ilə onun arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1993-cü il buraxılış ili **-OV-*** dövlət nömrə nişanlı Kamaz 4425 Yük markalı nəqliyyat vasitəsinin alqı-satqısına dair ilkin müqavilə ləğv edilmiş, 1993-cü il buraxılış ili **-OV-*** dövlət nömrə nişanlı kamaz 4425 yük markalı nəqliyyat vasitəsi cavabdeh ondan alınaraq X1 qayarılmalı, 600 manat məbləğində pul vəsaiti ondan tutularaq X1 ödənilməlidir. Bakı şəhəri Xətai rayon məhkəməsi onun ünvanına heç bir bildiriş göndərmədən barəsində qərar qəbul etmişdir. Məhkəmənin belə bir qərarı olmasından xəbəri olmamış, icra məmuru tərəfindən icra şöbəsində çağırıldıqdan sonra barəsində belə bir icra sənədinin olduğundan xəbərdar olmuşdur. İcra sənədində göstərilən nəqliyyat vasitəsini tələbkara təqdim etmiş, lakin tələbkar nəqliyyat vasitəsini qəbul etməmişdir. Qəbul etməməsinə səbəb isə tələbkarın avtomobilin əvəzində pul istəməsi olmuşdur. Həmçinin sözügedən nəqliyyat vasitəsi hazırda usta yanında təmirdə olduğuna görə nəqliyyat vasitəsini 2 aydan sonra təhvil verə bilər. Hazırda nəqliyyat vasitəsini təhvil verə bilmir. İcra sənədində göstərilən puldan isə hazırda ödəniş edə bilmir. Ona vaxt verilərsə icra sənədi üzrə göstərilən pulu hissə-hissə ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin e-2(011)-730/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X2 ilə Şəxs arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1993-cü il buraxılış ili **-OV-*** dövlət nömrə nişanlı Kamaz 4425 Yük markalı nəqliyyat vasitəsinin alqı-satqısına dair ilkin müqavilə ləğv edilmiş, 1993-cü il buraxılış ili **-OV-*** dövlət nömrə nişanlı kamaz 4425 yük markalı nəqliyyat vasitəsi cavabdeh Şəxs alınaraq X1 qayarılmalı, 600 manat məbləğində pul vəsaiti Şəxs tutularaq X1 ödənilməlidir. Borclu Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədində göstərilən puldan heç bir ödəniş etməmiş, həmçinin icra sənədində göstərilən tələb olan nəqliyyat vasitəsini tələbkara təqdim etməmişdir. Nəticədə icra sənədi bugünədək icrasız qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədini hazırda tam icra edə bilməyəcəyini bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Bakı şəhəri Xətai rayon məhkəməsinin e-2(011)-730/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, X2 ilə Şəxs arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1993-cü il buraxılış ili **-OV-*** dövlət nömrə nişanlı Kamaz 4425 Yük markalı nəqliyyat vasitəsinin alqı-satqısına dair ilkin müqavilə ləğv edilmiş, 1993-cü il buraxılış ili **-OV-*** dövlət nömrə nişanlı kamaz 4425 yük markalı nəqliyyat vasitəsi cavabdeh Şəxs alınaraq X1 qayarılmalı, 600 manat məbləğində pul vəsaiti Şəxs tutularaq X1 ödənilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzürsüz səbəbdən ödəməməsi, həmçinin icra sənədində göstərilən digər tələbi də icra edə bilməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın icra sənədinin icra edilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 may 2024-cü il tarixdən, saat 19:04-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar