Məhkəmə qərarları › İş №3(020)-410/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-410/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-410/2024 17.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-cü ildə Beyləqan rayonu, Aşqallar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Aşqallar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-683/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs 717.27 manat borc və 20.40 manat məbləğində dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-1008/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4527 manat əsas borc və 65.27 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyirinə verilməlidir. Şəxs məhkəmə əmrini və icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, qeyd olunan məhkəmə əmrindən və icra sənədindən xəbərdar olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmədiyindən və maddi imkanı zəif olduğundan məhkəmə əmri və icra sənədi üzrə olan borclarından ödəniş edə bilməmişdir. İcra məmuru tərəfindən yaşadığı ünvana rəsmi bildiriş göndərildikdən sonra icra şöbəsinə getmiş və borcunu ödəmək üçün icra məmurundan vaxt istəmişdir. Lakin ona verilən müddət ərzində borlarından heç bir ödəniş etməmişdir. Uzun müddətdir ki, işsizidir. Ona vaxt verilərsə məhkəmə əmri və icra sənədi üzrə göstərilən borcunu hissə-hissə ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Beyləqan rayon məhkəməsinin 2(020)-683/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs 717.27 manat borc və 20.40 manat məbləğində dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-1008/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4527 manat əsas borc və 65.27 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyirinə verilməlidir. Məhkəmə əmri və icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası barədə məktublar borclu Şəxs yaşadığı ünvana göndərilmişdir. Görülmüş qanuni icra tədbirlərinə baxmayaraq Şəxs məhkəmə əmri və icra sənədi üzrə göstərilən tələbləri təmin etməmişdir. Şəxs icra şöbəsinə gələrək izahat vermiş və izahatında qeydolunan borclarından tezliklə ödəniş edəcəyi barədə söz vermişdir. Şəxs borclarını ödəməsi üçün vaxt verilməsinə baxmayaraq bugünədək icra sənədi və məhkəmə əmri üzrə borclarından heç bir ödəniş etməmişdir. Borclu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunacağı barədə xəbərdarlıq edilsə də, borcunu ödəməmişdir. Şəxs izahatı alınmış, hazırda borcundan ödəniş edə bilməyəcəyini bildirdiyindən barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-683/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 717.27 manat borc və 20.40 manat məbləğində dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1008/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 4527 manat əsas borc və 65.27 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyirinə verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs məhkəmə və icra sənədi üzrə olan borclarını üzürsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 may 2024-cü il tarixdən, saat 18:00-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar