Məhkəmə qərarları › İş №3(020)-411/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-411/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-411/2024 17.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, ailəli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu Dünyamalılar kəndində qeydiyyatda olan, Bakı şəhərində kirayə yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3828/2022 saylı, 20 may 2022-ci il tarixli icra sənədinə əsasən Sabunçu rayon məhkəməsinin 2(008)-2284/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəxs X2 xeyirinə tutulan alimentin məbləği artırılsın. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 193 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Bundan başqa Beyləqan rayon 1 saylı notariat kontorunun 8i-8150 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Şəxs 2055 manat borc pul və 25 manat dövlət rüsumu alınaraq X4 verilməlidir. Şəxs alimentlə bağlı icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(020)-967/2023 saylı qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, alimentlə bağlı olan icra sənədi üzrə alimenti əvvəllər vaxtında ödəmiş, lakin alimentin artırılması ilə bağlı məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra da alimenti köhnə məhkəmə qərarına uyğun olaraq ödəmiş, nəticədə icra sənədi üzrə 1750 manat aliment borcu yaranmışdır. İcra qeydi ilə bağlı qeyd olunan borcunu isə tələbkarla öz aralarında aylıq 50 manat olmaqla hissə-hissə ödəyəcəyi barədə öz aralarında razılığa gəlmişlər. Aliment borcunu ödəyə bilmədiyindən icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Beyləqan rayon məhkəməsinin 17 noyabr 2024-cü il tarixli, 3(020)-967/2023 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra icra sənədi üzrə alimenti ödəmiş, lakin yaranmış aliment borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə aliment borcu yaranmışdır. İcra məmurunun hesabladığı aliment borcunun məbləği ilə razı deyildir. Beləki icra sənədi üzrə alimenti bir neçə dəfə tələbkara nağd şəkildə ödəmiş, icra məmuru həmin nağd ödənişləri aliment borcundan çıxmamışdır. Gündəlik fərdi işlərlə məşğul olaraq əldə etdiyi qazancı özünün dolanışığına ancaq kifayət edir. Hazırda icra sənədi üzrə aliment borcundan ödəniş edə bilmir. Gələcəkdə maddi imkanı olarsa borcunu alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3828/2022 saylı, 20 may 2022-ci il tarixli icra sənədinə əsasən Sabunçu rayon məhkəməsinin 2(008)-2284/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəxs X2 xeyirinə tutulan alimentin məbləği artırılsın. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 193 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Bundan başqa Beyləqan rayon 1 saylı notariat kontorunun 8i-8150 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Şəxs 2055 manat borc pul və 25 manat dövlət rüsumu alınaraq X4 verilməlidir. Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə aliment borcundan heç bir ödəniş etməmiş, nəticədə 1750 manat aliment borcu yaranmışdır. Bundan əlavə icra qeydi ilə bağlı olan borcundan isə bugünədək heç bir ödəniş etməmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində 17 noyabr 2024-cü il tarixdə protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan Şəxs aliment borcundan tələbkara nağd ödənişlər etdiyini bildirsə də, bunu sübut edən sənədi icra şöbəsinə təqdim etməmişdir. Tələbkar isə çoxsaylı şikayətlər edərək alimentin ödənilməsini tələb etmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3828/2022 saylı, 20 may 2022ci il tarixli icra sənədinə əsasən Sabunçu rayon məhkəməsinin 2(008)-2284/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəxs X2 xeyirinə tutulan alimentin məbləği artırılsın. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 193 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. İşdə olan Beyləqan rayon 1 saylı notariat kontorunun 8i-8150 saylı, xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, Şəxs 2055 manat borc pul və 25 manat dövlət rüsumu alınaraq X4 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 17 noyabr 2024-cü il tarixli, 3(020)-967/2023 saylı qərarından görünür ki, Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Beyləqan rayon məhkəməsinin 17 noyabr 2024-cü il tarixli, 3(020)-967/2023 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməməsi, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 may 2024-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar