Məhkəmə qərarları › İş №3(020)-413/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-413/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-413/2024 22.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, təhsili olmayan, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatında olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Beyləqan rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən 22 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon icra şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Beyləqan Rayn Məhkəməsinin 10 oktyabr 2020-ci il tarixli 3(020)-465/2020 saylı icra vərəqəsinə əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğində inzibati qaydada cərimə edilmiş və həmin cəriməni bu günədək ödəməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)- 489/2021 saylı icra sənədinə əsasən 07 dekabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində aliment Şəxs tutularaq iddiaçı X1 verilməlidir. Həmin icra sənədi üzrə borclu tərəfindən heç bir ödəniş edilməmiş və bu günədək 4680 manat məbləğində aliment borcu yaranmışdır. Bakı şəhəri 54 saylı notariat ofisinin 23 fevral 2024-cü il tarixli icra qeydinə əsasən borclu Şəxs cəmi 135 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmin icra sənədi üzrə də borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 3(064)- 186/2021 saylı icra sənədinə əsasən isə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 200 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin icra sənədi üzrə də borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclu Şəxs icra sənədi üzrə icraata başlama haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildiriş və aliment borcunun ödənilməsi haqqında xəbərdarlıqlar rəsmi qaydada verilmişdir. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində axtarış elan edilmişdir. Borcluya barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunacağı barədə xəbərdarlıq edilsə də, aliment borcunu və digər ödənişləri ödəməmişdir. Borclunun izahatı alınmış, borcu ödəyə bilməyəcəyini bildirdiyindən barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, qeyd edilən icra sənədləri üzrə borcundan heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə icraata başlama haqqında qərarları və tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. Borcu birdəfəyə və tam şəkildə ödəmək iqtidarında olmamışdır. İcra sənədlərinin icrasından yayınmır. Göstərilənləri nəzərə alıb, ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Beyləqan rayon icra şöbəsinin icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 10 oktyabr 2020-ci il tarixli 3(020)-465/2020 saylı icra vərəqəsindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517- 2.1-ci maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İcraata başlamaq haqqında 31 may 2021-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 10 oktyabr 2020-ci il tarixli 3(020)-465/2020 saylı icra vərəqəsi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)-489/2021 saylı icra vərəqəsindən görünür ki, 07 dekabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 (bir yüz iyimi) manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X1 verilməlidir. İcraata başlamaq haqqında 02 mart 2021-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)-489/2021 saylı icra vərəqəsi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. 22 oktyabr 2021-ci il tarixli Xəbərdarlıqdan görünür ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)-489/2021 saylı icra vərəqəsinin icrası təmin olunmadığı halda barəsində məcburi icra tədbirləri tətbiq olunacağına dair xəbərdarlıq edilmişdir. 15 dekabr 2021-ci il tarixli Xəbərdarlıqdan görünür ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)-489/2021 saylı icra vərəqəsinin icrası təmin olunmadığı halda barəsində məcburi icra tədbirləri tətbiq olunacağına dair xəbərdarlıq edilmişdir. 29 mart 2024-cü il tarixli Xəbərdarlıqdan görünür ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)-489/2021 saylı icra vərəqəsinin icrası təmin olunmadığı halda barəsində məcburi icra tədbirləri tətbiq olunacağına dair xəbərdarlıq edilmişdir. Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 3(064)-186/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 200 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İcraata başlamaq haqqında 02 sentyabr 2021-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 3(064)-186/2021 saylı icra vərəqəsi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Bakı şəhəri 54 saylı notariat ofisinin 23 fevral 2024-cü il tarixli icra qeydindən görünür ki, borclu Şəxs cəmi 135 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İcraata başlamaq haqqında 29 fevral 2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 23 fevral 2024cü il tarixli icra qeydi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. 17 may 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü ünvan 1 ünvanından qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs tərəfindən icra sənədləri üzrə heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu Şəxs borclu Şəxs tərəfindən icra sənədləri üzrə heç bir ödəniş edilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 10 oktyabr 2020-ci il tarixli 3(020)-465/2020 saylı, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)-489/2021 saylı, Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 3(064)-186/2021 saylı və Bakı şəhəri 54 saylı notariat ofisinin 23 fevral 2024-cü il tarixli icra sənədlərinin bugünə kimi icrasız qalması, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)-489/2021 saylı icra sənədi üzrə ödənilməli olan alimendən bu günə qədər heç bir ödəniş etməməsi borclu Şəxs qərəzli münasibətindən irəli gəldiyini göstərir. Əks yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrində təsbit olunmuş məhkəmənin qəbul etdiyi qərarların icrasının məcburiliyi və icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğu müddəasının pozulması ilə nəticələ bilər. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın və uşaqların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 22 may 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cabbarlı Xatın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar