Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-414/2024 23.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 21 may 2024-cü il tarixdə saat 19:20 radələrində Beyləqan şəhəri 5-ci məhəllədə X3 nalayiq söyüşlərlə söyüb təhqir etməklə, xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X8 tərəfindən MN seriyalı № ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X8 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs 21 may 2024-cü il tarixdə saat 19:20 radələrində Beyləqan şəhəri 5-ci məhəllədə ictimai yerdə yüksək səslə nalayiq sözlər işlədib xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 21 may 2024-cü il tarixdə saat 19:20 radələrində qonşusu olan xalasının həyat yoldaşı X7 ilə aralarında mübahisə yaranmış və yüksək səslə ona “rədd ol” sözü demişdir. O, X4 hər hansı söyüş söyməmişdir. O, 44 günlük vətən müharibəsində iştirak etmiş və ona bununla əlaqədar medallar verilmişdir. Ona görə də barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini və ya ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirmişdir ki, Şəxs onun baldızının oğludur və qonşuluqda yaşayır. 21 may 2024-cü il tarixdə saat 19:20 radələrində məhəllədə qonşularla söhbət edərəkən Şəxs onunla mübahisə etmiş və yüksək səslə onu təhqir edərək, ona qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid X1 ifadə verərək bildirmişdir ki, Şəxs onunla qonşuluqda yaşayır. 21 may 2024-cü il tarixdə saat 19:20 radələrində Beyləqan şəhəri 5-ci məhəllədə küçədə qonşularla söhbət edərəkən Şəxs X3 yüksək səslə təhqir edərək, ona qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirmişdir ki, Şəxs onun bacısı oğludur və qonşuluqda yaşayır. 21 may 2024-cü il tarixdə saat 19:20 radələrində məhəllədə olarkən Şəxs onun həyat yoldaşı X7 ilə mübahisə etmiş və yüksək səslə onu təhqir edərək, ona qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs Vətən müharibəsi iştirakçısı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-414/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-414/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver