Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-415/2024 23.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri, Təbriz küçəsi ev 24, mənzil 31-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-2226/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs 1764.03 manat və 20 manat məbləğində dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. Şəxs məhkəmə əmrini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, qeyd olunan məhkəmə əmrində xəbərdar olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmədiyindən və maddi imkanı zəif olduğundan məhkəmə əmri üzrə olan borcundan ödəniş edə bilməmişdir. İcra məmuru tərəfindən yaşadığı ünvana rəsmi bildiriş göndərildikdən sonra icra şöbəsinə getmiş və borcunu ödəmək üçün icra məmurundan vaxt istəmişdir. Lakin ona verilən müddət ərzində borcundan heç bir ödəniş etməmişdir. Uzun müddətdir ki, işsizidir. Yeni işə düzəlmişdir. Ona vaxt verilərsə məhkəmə əmri üzrə göstərilən borcunu hissə-hissə ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon icra şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Beyləqan rayon məhkəməsinin 2(020)-2226/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs 1764.03 manat və 20 manat məbləğində dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. İcra sənədi üzrə icraata başlamaq üzrə qərar və tələbin könüllü icrası barədə məktub borclu Şəxs yaşadığı ünvana göndərilmişdir. Görülmüş qanuni icra tədbirlərinə baxmayaraq Şəxs məhkəmə əmri üzrə göstərilən tələbi təmin etməmişdir. Şəxs 2022-ci ildə icra şöbəsinə gəlmiş və icra şöbəsində izahat verərək borcunu ödəmək üçün vaxt istəmişdir. Şəxs borcunu ödəməsi üçün vaxt verilməsinə baxmayaraq bugünədək icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Borcluya barəsində Azərbaycan Respublikasının İXMin 528.1-ci maddəsi ilə protokol tərtib olunacağı barədə xəbərdarlıq edilsə də, borcunu ödəməmişdir. Borclunun izahatı alınmış, hazırda borcu ödəyə bilməyəcəyini bildirdiyindən barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-2226/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 1764.03 manat və 20 manat məbləğində dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs məhkəmə üzrə olan borcunu üzürsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 23 may 2024-cü il tarixdən, saat 13:10-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-415/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-415/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver