Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-416/2024 27.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan şəhəri, H.Hacıyev küçəsi ev 78-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Mikayıl-zadə Ruhanə Sabir qızına verilməsi qət edilmişdir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 3(020)-63/2024 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Mikayıl-zadə Ruhanə Sabir qızına verilməsi barədə məhkəmə qərarından xəbərdardır. Maddi imkanı olmadığından icra sənədi üzrə alimenti tam ödəyə bilməmiş, ödəməli olduğu alimenti kəm ödədiyindən 3445 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış və icra sənədi üzrə olan aliment borcunu ödəməsi tələb edilmişdir. Hazırda aliment borcunu ödəyə bilmir. Ona vaxt verilərsə aliment borcunu hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Mikayıl-zadə Ruhanə Sabir qızına verilməsi qət edilmişdir. İcra sənədi onun icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs alimenti ödəmək üçün vaxt verilmiş, Şəxs əvvəllər icra sənədi üzrə alimentdən bir neçə dəfə ödəniş etsə də, sonradan icra sənədi üzrə alimenti ödəməmişdir. 24 yanvar 2024-cü il tarixdə icra sənədi üzrə alimenti ödəmədiyindən A.Abbasovun barəsində protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Şəxs həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq yaranmış aliment borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi icra sənədi üzrə ümümulikdə 3445 manat aliment borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilərək icrası üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmiş, icra şöbəsində izahat verərək icra sənədi üzrə yaranmış aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs barəsində protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Mikayıl-zadə Ruhanə Sabir qızına verilməsi qət edilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 3(020)-63/2024 saylı qərarından görünür ki, Şəxs məhkəmənin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu inzibati tənbeh olunmasına baxmayaraq il ərzində eyni icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcundan heç bir ödəniş etməməsini, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 27 may 2024-cü il tarixdən, saat 12:28-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-416/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-416/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver