Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-417/2024 06.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli TP6388662 saylı qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində tərtib olunmuş inzibati tənbeh haqqında xx.xx.2024-cü il tarixli TP6388662 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 3(020)-417/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində xx.xx.2024-cü il tarixli TP6388662 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edildiyindən, həmin qərardan verilmiş şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə, şikayətə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq hesab edir ki, X1 ərizəsi təmin edilməli, inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli TP6388662 saylı qərarından vermiş olduğu şikayət geri qaytarılsın. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-417/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-417/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver