Məhkəmə qərarları › İş №3(020)-418/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-418/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-418/2024 20.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli 28 avqust 2023-cü il tarixli qərarı ilə İXM-nin 264.0.1-ci maddəsinə əsasən 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qaldığı üçün Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(020)-946/2023 saylı qərarı ilə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli 28 avqust 2023-cü il tarixli qərarı qüvvədə saxlanıldı. Bundan sonra o, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(020)- 946/2023 saylı qərarından apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-6/2024 nömrəli qərarı ilə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(020)-946/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 aprel 2024-cü il tarixli qərarı ilə 600 manat cərimənin və 360 manat məbləğində dəbbə pulunun ondan alınıb İdarənin hesabına ödənilməsinə dair qərarın icra olunması üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazıdır və ləğv edilməsini istəyir. Onun 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli 28 avqust 2023-cü il tarixli qərarı ilə İXM-nin 264.0.1-ci maddəsinə əsasən, 600(altı yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qanuni qüvvəsini almış olsa da, onun maddi vəziyyəti həmin cəriməni birdəfəlik ödəməyə imkan vermir. Onun aylıq aldığı əmək haqqından əlavə gəliri yoxdur. Belə olan vəziyyətdə ona inzibati cəriməni ödəməyə görə vaxt verilməmiş, maddi vəziyyəti nəzərə alınmamışdır. Yalnız onun aktiv əmək müqaviləsi olmasına istinad edilməklə, hazırki qərar qəbul edilmişdir. Halbuki hazırki qərarın icra olunması onun maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Həmçinin əsassız olaraq ona edilmiş cərimənin üzərinə 360 manat dəbbə pulu hesablanmışdır. O həmin cəriməni ödəməkdən qərəzli olaraq yayınmır. Hesablanmış dəbbə pulu məbləğini də əsassız hesab edir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən barəsində olan 22 aprel 2024-cü il tarixli qərarın qanunsuz və ədalətsiz olduğuna görə ləğv edilməsini ədalətli nəticə hesab edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 çıxış edərək bildirmişdir ki, şikayətlə razı deyillər. Belə ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli 28 avqust 2023-cü il tarixli qərarı X5 tərəfində icra edilmədiyinə görə 22 aprel 2024-cü il tarixli qərar ilə məcburi icraya yönəldilmişdir. X3 işləyib-işləməməsi barədə müvafiq dövlət orqanına verilmiş sorğuya əsasən onun adına əmək müqaviləsi olduğu qeyd edilmiş olsa da, harada işləməsi barədə məlumat verilməmiş, ona görə də, qərarın məcburi icraya yönəldilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə bildiriş daxil olmamışdır. Məhkəmə işə sözügedən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 31 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1i ünvanında yaşayan ebvin sanitar qovşağında formalaşan çirkab suyunu həyətin qarşısından keçən dren kanala axıdaraq su obyektinin çirkləndirilməsi faktı aşkar edilmiş, nəticədə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə. İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisi əvəzi X12 tərəfindən qəbul edilmiş MN1389998 nömrəli 28 avqust 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib, 600 manat cərimə edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(020)-946/2023 saylı qərarından görünür ki, X3 şikayəti təmin edilməmiş, X3 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib, 600 manat cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisi əvəzi X12 tərəfindən qəbul edilmiş MN1389998 nömrəli 28 avqust 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-6/2024 saylı qərarı ilə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(020)-946/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X7 filialının Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sorğusuna cavab olaraq verilmiş 26 yanvar 2024-cü il tarixli 3-17-2/2-5785/2024 nömrəli məktubdan və ona əlavə edilmiş faylla müəyyən edilir ki, X3 xx.xx.2002-ci il tarixindən əmək müqaviləsi var. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisi əvəzi X12 tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərardan görünür ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN1389998 nömrəli 28 avqust 2023-cü il tarixli qərarına əsasən 600(altı yüz) manat məbləğində cərimə və 360(üç yüz altmış) manat məbləğində dəbbə pulu hesablanmaqla, cəmi 960 (doqquz yüz altmış) manat məbləğində vəsaitin Beyləqan rayon, Orta Əlinəzərli kəndi sakini xx.xx.1974-cü il təvəllüdlü X2 alınıb İdarənin bank hesabına ödənilməsinə dair qərarın icra olunması üçün Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. Elektron-məhkəmə informasiya sistemi vasitəsilə əladə edilmiş məlumatdan görünür ki, X5 37 №-li Yol İstismarı” MMC-də sürücü vəzifəsində işləyir və əmək haqqı 345 manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.2-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5-ci maddəsinə əsasən, bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. 150.6-cı maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. 150.7-ci maddəsinə əsasən, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Göründüyü kimi, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs qanunvericiliklə müəyyən edilmiş müddətdə inzibati cəriməni ödəmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və və ya pensiya təyin edən orqana göndərilməlidir. Lakin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qanunvericiliyin tələbinə riayət edilməmiş, barəsində inzibati cərinmə növündə tənbeh tətbiq edilən X3 aktiv əmək müqaviləsi olmasına baxmayaraq, bu hal inzibati orqan tərəfindən araşdırllmamış və qərar onun işlədiyi müəssisəyə göndərilmədən, birbaşa məcburi icraya yönəldilmişdir. Halbuki qanunvericiliyin tələbinə görə, əgər fiziki şəxs işləmirsə və ya onun əmək haqqından inzibati cərimənin ödənilmədiyi halda inzibati cərimə tətbiq etmə haqqında qərar məcburi icraya yönəldilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar