Məhkəmə qərarları › İş №3(020)-419/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-419/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-419/2024 14.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi , Quliyev Zaur Qulu oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə , X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 ilə Füzuli rayon DNK-nun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-63 saylı icarə müqaviləsinə əsasən Beyləqan rayon Təzəkənd kənd bələdiyyəsinin mülkiyyətində aid örüş torpaqlarından 10.76 ha örüş torpaq sahəsi heyvandarlığın inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********99 reyester nömrəli, ********** Qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən 81 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən X3 icarə ayrılmışdır. X1 torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Lakin vətən müharibəsindən sonra həmin torpaq sahəsinin təxminən 2.70 ha hissəsində xəbəri və icazəsi olmadan bələdiyyə tərəfindən şəhid anası X5 verildiyi və Zeynəb Vəliyeva tərəfindən şumlanaraq təyinatndan fərqli olaraq əkin işləri görülmüşdür. Bununla bağlı icarə əsasında X3 məxsus olan torpaq sahəsinin başqaları tərəfindən zəbt olunaraq istifadə olunması barədə aidiyyəti üzrə polis və digər dövlət orqanlarına dəfələrlə müraciət etsə də məsələnin mülki mübahisə olduğu bildirilərək ona müsbət cavab verilməmişdir. 29 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Beyləqan ərazi şöbəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu Təzəkən kənd bələdiyyəsi tərəfindən icarə əsasında X2 mülkiyyətinə verilmiş 10.76 ha torpaq sahəsində aparılan yoxlamalar zamanı icarə müqaviləsi ilə ona məxsus lakin, şəhid anası tərəfindən zəbt olunmuş 2.70 ha torpaq sahəsinin təyinatına uyğun istifadə olunmadığı aşkar olunmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Beyləqan ərazi şöbəsinin məsləhətçi müfəttişi X8 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə 29 sentyabr 2023cü il tarixli, MN 150100 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib olunan zaman Bələdiyyə tərəfindən ona ayrılmış örüş sahəsində guya onun tərəfindən əkin işlərinin aparılması əsas götürülmüşdür. Həmin protokol əsasında isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Beyləqan ərazi şöbəsinin Dövlət Əmlaklarının İdarə Edilməsi və Özəlləşdirilməsi sektorunun müdiri X7 tərəfindən qəbul olunmuş 13 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. O, həmin qərarla razılaşmır, qərar əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixli Aktdan da görünür ki, Beyləqan rayon Təzəkənd kənd bələdiyyəsinin sədri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Beyləqan ərazi şöbəsinə ünvanladığı arayışda da sözügedən torpaq sahəsinin 2.70 ha hissəsinin şəhid anası X5 verildiyi və həmin örüş torpaq sahəsinin şəhid anası Zeynəb Vəliyeva tərəfindən əkilərək şumlandığı göstərilmişdir. Bütün göstərilənlərə baxmayaraq Azərbaycan Respublikasıının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Beyləqan ərazi şöbəsi mənim barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edərək İXM-nin tələbərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini, əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın, yəni Azərbaycan Respublikasıının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Beyləqan ərazi şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edib məhkəmədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X4 ilə Füzuli rayon DNK-nun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-63 saylı icarə müqaviləsinə əsasən Beyləqan rayon Təzəkənd kənd bələdiyyəsinin mülkiyyətində aid örüş torpaqlarından 10.76 ha örüş torpaq sahəsi heyvandarlığın inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********99 reyester nömrəli, ********** Qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən 81 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən X3 icarəyə verilmişdir. İşə əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli aktdan görünür ki, X4 ilə Füzuli rayon DNK-nun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-63 saylı icarə müqaviləsinə əsasən Beyləqan rayon Təzəkənd kənd bələdiyyəsinin mülkiyyətində aid örüş torpaqlarından 10.76 ha örüş torpaq sahəsi heyvandarlığın inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********99 reyester nömrəli, ********** Qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən 81 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən X3 icarə ayrılmış torpaq sahəsinin 2.70 hektar hissəsində şum işləri aparılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə görə Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “Torpaqların icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə İcarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi İcarəyə verilmiş torpaqların məqsədli təyinatı Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur və icarə müqaviləsində əks etdirilir... İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.... İcarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəməyə təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X4 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar qanunla müəyyən olunmuş müddətdə X2 yaşadığı ünvana rəsmi qaydada göndərilmiş və Babək Allahverdiyev həmin qərar göndərilmiş məktubu şəxsən almış, lakin həmin qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmişdir. B.Allahverdiyev məhkəmə iclasında qərardan vaxtında məlumatlı olmasını etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən Qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-ci maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi hazırki qərarın qəbul edilməsindən 1 ildən artıq müddət keçmiş, Babək Allahverdiyev həmin müddət ərzində qərarı mübahisələndirməmiş, həmçinin şikayət ərizəsində müddətin bərpası barədə vəsatət verməmiş və müddətin üzürlü səbəbdən buraxılması barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X4 ilə Füzuli rayon DNK-nun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-63 saylı icarə müqaviləsinə əsasən Beyləqan rayon Təzəkənd kənd bələdiyyəsinin mülkiyyətində aid örüş torpaqlarından 10.76 ha örüş torpaq sahəsi heyvandarlığın inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********99 reyester nömrəli, ********** Qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən 81 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən X3 icarəyə verilmişdir. Həmin icra müqaviləsində isə torpaq sahəsi üzərində bütün öhdəliklər B.Allahverdiyevin üzərinə qoyulmuşdur. Belə olan halda da icraə müaviləsinə əsasən B.Allahverdiyevə icarəyə verilmiş örüş torpaq sahəsindən təyinatından kənar istifadə edilməsi qanunsuzdur. Ona görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərarı tam əsaslıdır. Beləliklə də X4 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərarından əsassız olaraq şikayət verməsi müəyyən edildiyindən, həmçinin inzibati tənbehvermə haqqında гярарdan şikayət vermək üçün müddət keçdiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərarının ləğvi üçün əsas yoxdur. Ona görə də şikayət rədd edilməlidir. Göstərilənlə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vastəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar