Məhkəmə qərarları › İş №3(020)-420/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-420/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-420/2024 27.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, "xxxx" MMC-də fəhlə işləyən, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Binəqədi rayonu ərazisində Dərnəgül adlanan qəsəbədə qeydiyyatsız yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1476/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1476/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinə əsasən ondan hər ay bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixdə barəsində hökm çıxmış və hökmə əsasən o, 4 il 7 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını tam olaraq çəkib qurtardıqdan sonra icra məmuru tərəfindən onun faktiki qeydiyyat ünvanına çağırış məktubları göndərilmiş, lakin Bakı şəhərində yaşadığından icra məmurunun çağırışlarından xəbərdar olmamışdır. Alimentdən başqa barəsində bir neçə icra sənədi vardır. Borclarını ödəmək üçün maddi imkanı yoxdur. Bakı şəhərində fəhləlik edərək gündəlik qazanc əldə edir. Əldə etdiyi qazancı ev kirayəsi və öz dolanışacağına sərf edir. Övladından biri hazırda hərbi xidmətdədir. Ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1476/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Borclu Şəxs həbsdə olduğu müddət ərzində ona heç bir ödəniş etməmiş, həmçinin həbsdən çıxdıqdan sonra da aliment üzrə yaranmış borcunu və alimenti ödəməmişdir. Övladından biri hazırda hərbi xidmətdədir. Hazırda icra sənədi üzrə 29750 manat aliment borcu vardır. İcra sənədi üzrə göstərilən borcundan ödəniş edilməsini tələb edir. Əks təqdirdə Şəxs şikayətçidir. Onun barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1476/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. Borclu Şəxs məhkəmənin 26 oktyabr 2018-ci il tarixli qərarına əsasən 4 il 7 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkdiyi müddət ərzində icra sənıdi cəzaçəkmə müəssisəsinə göndərilmiş, lakin icra sənədi üzrə alimentdən tələbkara heç bir ödəniş edilməmişdir. Cəzasını çəkib qurtardıqdan sonra borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülmüş, lakin heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 29750 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmiş və icra şöbəsinə dəvət olunmuşdur. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu bu günədək ödəməmiş. İcra məmurunun çağırışlarına gəlməmişdir. Şəxs barəsində axtarış qərarı qəbul edilmiş və icrası üçün Beyləqan rayon PŞnə göndərilmişdir. Şəxs PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2024-cü il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinə gətirilərək təhvil verilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1476/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs hər ay bir uşaq üçün 250 manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 27 may 2024-cü il tarixdən, saat 16:15-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar