Məhkəmə qərarları › İş №3(020)-422/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-422/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-422/2023 19.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs-Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işsiz, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan rayonu Təzəkənd kəndi ərazisində yerləşən otlaq sahəsində özünə məxsus bir ədəd 16 kalibirli, tək lüləli, K-58454 nömrəli sənədləri olmayan ov tüfəngini müvafiq icra orqanının icazəsi olmadan daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə, Beyləqan rayonu Təzəkənd kəndində yerləşən çöl torpaq sahəsində mal-qara otarmağa gedərkən mal-qaranı vəhşi heyvanlardan qorumaq üçün babasından qalmış sənədləri olmayan ov tüfəngini də özü ilə götürmüşdür. Mal-qaranı otaran zaman kəndin kənarında xidmətdə olan Beyləqan rayon PŞ-nin əməkdaş ona yaxınlaşaraq əlində olan ov tüfənginin sənədlərini ondan tələb etmişdir. Həmin vaxt o, polis əməkdaşına ov tüfənginin babasından yadigar qaldığını və heç bir sənədlərinin olmadığını bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşlarına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-ə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində rayonun Təzəkənd kəndi ərazisində xidmətdə olduğu zaman çöl torpaq sahəsinin kənarında mal-qara otaran bir nəfər şəxsin əlində bir ədəd mülki ov tüfəngi olduğunu görərək həmin şəxsə yaxınlaşraq özünü təqdim etmiş və həmin şəxsdən əlində olan ov tüfənginin sənədlərini tələb etmişdir. Həmin şəxs ona əlində olan ov tüfənginin babasından yadigar qaldığını və heç bir sənədinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd 16 kalibirli, tək lüləli, K-58454 nömrəli sənədləri olmayan ov tüfəngini və həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində həmin şəxsin Beyləqan rayonu, Təzəkənd kənd sakini Şəxs olduğu onlara məlum olmuşdur. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxsa xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 131-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd 16 kalibirli, tək lüləli, K-58454 nömrəli, sənədləri olmayan ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar