Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-424/2024 25.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidməti Mil-Muğan regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının direktoru X2 iştirakları ilə, Hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının (Beyləqan rayonu, Bolsulu qəsəbəsi, VÖEN 3900*9583*) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsi ilə inzibati xəta törətməsinə dair İnzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası barəsində tərtib edilmiş 24 may 2024-cü il tarixli MN seriyalı *932205 №-li İnzibati xəta haqqında protokola əsasən, MTS-da suçu işləyən X9 ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsində nəzərdə tutulmuş qaydalara işəgötürən tərəfindən əməl edilməyərək əmək müqaviləsi əvəzinə xidməti əmək müqaviləsi bağlanmışdır. Buna görə hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidməti Mil-Muğan regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahat verərək göstərmişdir ki, hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası vətəndaş X* vəzifəsində işə götürən zaman işçi ilə aralarında xidməti müqavilə bağlamış və işçiyə verilən aylıq əmək haqqından gəlir vergisi, sosial sığorta, işsizliq sığortası və tibbi sığorta tutulmaqla Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, işçi ilə xidməti müqavilə bağlanan zaman yuxarıda qeyd olunan tutulmalar işçinin əmək haqqından deyil, müəssisə tərəfindən ödənilməli idi. Bundan əlavə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndinə görə tərəflər arasında bağlanan müqavilənin şərtləri əmək müqaviləsinə uyğun gəldiyi halda işçi ilə xidməti müqavilə yox əmək müqaviləsi bağlanmalıdır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası işçi ilə əmək müaviləsi bağlamadan işçini işə götürmüşdür. Bu da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə əlaqdar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsinin tərkibini yaratmışdır. Göstərilənlənlərə əsasən hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının direktoru X6 izahatında bildirmişdir ki, direktoru olduğu stanasiya Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Rəhbərlik etdiyi müəssisənin əkdiyi payızlıq buğda və arpa, pambıq, yonca və digər əkin sahələrini suvarmaq üçün işçi X9 ilə *0 yanvar 2022-ci il tarixdə xidməti əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən müəssisəyə məxsus yuxarıda adı göstərilən əkin sahələrini vaxtlı-vaxtında və işəgötürənin tələb etdiyi vaxtlarda suvarmağı öhdəsinə götürərək suvarılan hər hektara görə işçiyə 30 manat təyin edilmiş, əmək haqqının ödənilməsi suvarma başa çatdıqdan sonra ayın sonunda qanunvericiliklə müəyyən edilən sosial sığorta haqqını, vergi və rüsumlar müvafiq qaydada mühasibatlıq tərəfindən tutulduqdan sonra işçinin kart hesabına köçürülməsi təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən müəssisəyə xidməti məktub göndərilərək işçinin işə götürülməsi zamanı Əmək Məcəlləsinin tələblərinin pozulması halının baş verdiyi barədə məlumat verilmiş və müəssisədən işçinin işə götürülüməsi zamanı aparılmış sənədləşmənin surətinin müfəttişliyə göndərilməsi tələb olunmuşdur. Müəssisə tərəfindən tələb olunan sənədlər müfəttişliyə göndərilmiş, müfəttişlik tərəfindən onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilərək 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra isə direktoru olduğu hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Göstərilənlərin nəzərə alınmasını, maddənin sanksiyasında kifayət qədər yüksək məbləğdə nəzərdə tutulmuş cərimənin müəssisədə ciddi maliyyə çətinliyinə səbəb ola biləcəyini və dövlət büdcəsindən maliyyələşdirilməsini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: İşə əlavə edilmiş sənədlərdən görünür ki, *0 yanvar 2022-ci il tarixdə “işəgötürən” hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası ilə “işçi” X9 arasında xidməti əmək müqaviləsi bağlanmış, tərəflər sözügedən müqaviləni öz imzaları və müəssisənin möhürü ilə təsdiqləmişlər. Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası tərəfindən tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidməti Mil-Muğan regional şöbəsinə göndərilmiş 06 may 2024-cü il tarixli, 3-22-6-3/3- 22/2024 saylı arayışda tərtib edilmiş cədvəldən görünür ki, müəssisədə suçu işləyən X7 2023-cü ilin mart-dekabr aylarında ödənilmiş xidmət haqqından gəlir vergisi, sosial sığorta, işsizliq sığortası və tibbi sığorta tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidməti Mil-Muğan regional şöbəsinin baş əmək müfəttişi X*0 tərəfindən hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası barəsində tərtib edilmiş 24 may 2024cü il tarixli MN seriyalı *932205 N°-li inzibati xəta haqqında protokoldan görünür ki, Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası MTS-da suçu işləyən X9 ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsində nəzərdə tutulmuş qaydalara işəgötürən tərəfindən əməl edilməyərək əmək müqaviləsi əvəzinə xidməti əmək müqaviləsi bağlanmışdır. Buna görə hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 24 may 2024-cü il tarixli qərardaddan görünür ki, hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası barəsində tərtib edilmiş 24 may 2024-cü il tarixli MN seriyalı *932205 N°-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-3-cü bəndinə görə 2-3.*. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin *57-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin *0-cu, 77-ci, **2-ci, *79-cu və *86-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 49-cu maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə * iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: *8.* -ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. *8.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 2* -ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2- ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3- cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası ilk dəfə eyni xarakterli inzibati xətaya görə məsuliyyətə cəlb edildiyini nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin **4.*-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: **4.*.*.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin **4-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və prostest verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-424/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-424/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver