Məhkəmə qərarları › İş №3(020)-432/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-432/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-432/2023 25.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.2003-cü ildə Füzuli rayonu Dilağardı kəndində doğulmuş, işsiz, evli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, məhkum olunmamış, Füzuli rayonu Dilağardı kəndində qeydiyyatda olan, hazırda Beyləqan rayonunda yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs 25 aprel 2023-cü il tarixdə, saat 00:30 radələrində xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahatında göstərdi ki, Füzuli rayonu Dilağardı kəndində qeydiyyatda olmaqla hazırda Beyləqan rayonunda yaşayır. 24 aprel 2023-cü il tarixdə təxminən saat 16:17 radələrində 4-5 ədəd “QO” adlı spirtli içki qəbul etmiş və rayonda gəzərkən “opel” markalı avtomobilin yolun kənarında dayandığını və avtomobilin açarının üstündə olduğunu görmüşdür. Bu zaman həmin avtomobilə əyləşib avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Bundan bir qədər sonra Beyləqan rayonu ərazisində rayon PŞnin YPXB-nin əməkdaşları onu tutaraq Pş-nin inzibati binasına gətirmişlər. Beyləqan rayon PŞ-nin müstəntiqi Qoşqar Hacıyev ondan izahat aldıqdan sonra Qoşqar Hacıyevin xidməti otağından çölə çıxmış və PŞ-nin inzibati binasının dəhlizində ucadan danışmağa başlamışdır. Həmin vaxt PŞ-də ximdətdə olan polis əməkdaşları iş otaqlarından çıxaraq onu nizam-intizama dəvət edərək səs-küy salmamağı ona bildirmişlər. Lakin o, sərxoş vəziyyətdə olduğuna görə polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam edərək səs-küy salmışdır. Əməlindən peşimandır. Hadisə zamanı sərxoş vəziyyətdə olduğundan özündə olmamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 00:30 radələrində xidməti iş otağında olan zaman bir nəfər şəxs istintaq bölməsinin müstəntiqi Qoşqar Hacıyevin iş otağından çölə çıxan zaman binanın dəhlizində yüksək səslə söyüş söyməyə başlamışdır. O, həmin şəxsə yaxınlaşıb nizam-intizama dəvət etsə də, həmin şəxs hərəkətlərini davam etdirərək onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu zaman RPŞ-nin əməliyyat müvəkkilləri polis kapitanı Ənvər Cəfərli və polis baş leytenantı Sərxan İbrahimov da xidməti otaqlarından səs-küyə çıxaraq onlar da həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs digər polis əməkdaşlarının da qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam edərək polisin iş fəaliyyətini qısa zaman ərzində pozmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X1 rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X4 ilə eyni məzmunda izahat verərək İ.Əkbərovun izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 aprel 2023-cü il tarixdə, saat 00:30 radələrində Beyləqan rayon PŞ-nin inzibati binasında xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafı, şahidlərin izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 25 aprel 2023-cü il tarixli 333 saylı protokoldan görünür ki, Şəxs sərxoş vəziyyətdə olmuşdur. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, polis əməkdaşının ondan şikayətçi olmasını nəzərə alıb İsmayıl Nəsirova təqsirləndirildiyi maddənin sanksiyası daxilində inzibati həbs təyin edilməsini qanuna müvafiq hesab edirəm. İş materiallarından görünür ki, Şəxs barəsində 25 aprel 2023-cü il tarixdə saat 00:30-da tutma protokolu tərtib edilmişdir. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 aprel 2023-cü il tarixdən saat 00:30-dan hesablansın Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar