Məhkəmə qərarları › İş №3(020)-434/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-434/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-434/2024 29.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon X5 yol X6 Nəqliyyat Hadisələri üzrə inspektoru, polis kapitan X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Cəlilabad rayonunun Sadatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, Cəlilabad rayonu Seyidbazar İƏD Seyidbazar kəndində qeydiyyatda olan, Beyləqan şəhəri, M.Ə.Sabir küçəsi ev 3-də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Beyləqan rayon X8 Bölməsi tərəfindən Şəxs barəsində İXMin 332.4-cü maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz C180” markalı, **-ST- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs məxsus “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Beyləqan rayon X5 yol X6 Nəqliyyat Hadisələri üzrə inspektoru, polis kapitan X2 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Beyləqan rayon PŞnin DYPB-nə “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Beyləqan şəhər M.Ə.Rəsulzadə küçəsi ərazisində dayanmış vəziyyətdə naməlum avtomobil tərəfindən vurulması və avtomobilin hadisə yerindən yayınması barədə daxil olmuş məlumat əsasən yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişdir. Hadisə yerinə gedərək yol-nəqliyyat hadisəsinin sxemini tərtib etmiş, həmçinin yol-nəqliyyat hadisəsinin digər iştirakçısının hansı avtomobilin sürücüsü olması ilə bağlı araşdırmalar aparmışdır. Aparılmış qanunamuvafiq araşdırmalar nəticəsində hadisəni “Mercedes Benz C180” markalı, **-ST-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs törətməsi aşkar olunmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 840 (səkkiz yüz qırx) manat maddi ziyan dəymişdir. Hadisə araşdırılarkən məlum olmuşdur ki, hadisəni törədən şəxs Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Daha sonra şəxsin izahatı alınmış və onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Belə ki, 26 may 2024-cü ildə tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz C180” markalı, **-ST-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində hərəkətdə olan zaman idarəetməni itirmiş və yolun hərəkət istiqamətinin sağ kənarında dayanmış vəziyyətdə olan “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınmışdır. İdarə etdiyi “Mercedes Benz C180” markalı, **-ST-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus olsa da, idarə etməsi üçün sürücülük vəsiqəsi yoxdur. Törətdiyi inzibati xətadan peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 29 may 2024-cü il tarixli, SA 067 №-li Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi barədə ziyan aktından görünür ki, X3 müraciətinə əsasən “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı ******* mühərrik nömrəli, XTA**********5731 ban nömrəli, Tünd albalı rəngli, 2006-cı il buraxlış ili, Zərərçəkmiş şəxs məxsus olan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləği cəmi 840 (səkkiz yüz qırx) manat təşkil edir. Məhkəmə, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-nin 332.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, eləcə də onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmədə, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını və ilk dəfə inzibati xətatörətməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar