Məhkəmə qərarları › İş №3(020)-436/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-436/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-436/2025 31.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işsiz, orta təhsilli, ailəli, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 11 iyul 2025-ci il tarixdə saat 20:00 radələrində özünə məxsus xırda buynuzlu heyvanları otlaq sahəsindən kəndə aparan zaman Ağcabədi-Kəbirli-Beyləqan yolunun 22ci kilometrliyinin Beyləqan rayonu Təzəkənd kəndindən keçən hissəsində asvalt yolun kənarı ilə kəndə tərəf aparan zaman xırda buynuzlu heyvanlardan biri magistral yola çıxmış və həmin vaxt magistral yolda hərəkətdə olan “DAF-TEİ0XF” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili yola çıxan heyvanı vurmuş və həmin vaxt avtomobil əzilərək avtomobilin sahibinə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Heç bir yerdə işləmir, fərdi təsərüffat işləri və heyvandarlıqla məşğul olur. 11 iyul 2025-ci il tarixdə saat 20:00 radələrində özünə məxsus 50 baş xırda buynuzlu heyvanları Ağcabədi-Kəbirli-Beyləqan yolunun Beyləqan rayonu Təzəkənd kəndi hissəsində otlaq sahəsindən yolun kənarı ilə evə aparan zaman heyvanlardan biri qəfldən yola qaçmış, həmin vaxt yolda sürətlə hərəkətdə olan “DAF- TEİ0XF” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ona məxsus bir baş xırdabuynuzlu heyvanı vuraraq öldürdü. Heyvan yola qaçan zaman avtomobil ilə heyvan arasında olan məsafə təxminən 50-60 metr olmuş, lakin yük avtomobili surtli hərəkət etdiyindən qəzanın qarşısını ala bilməmişdir. Hadisədən sonra avtomobili idarə edən şəxsin Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. Hadisə zamanı başqa xəsarət alan olmamış, avtomobilə ziyan dəyməmişdir. Onun isə 1 baş heyvanı ölmüşdür. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 11 iyul 2025-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “DAF-TEİ0XF” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə avtomobillə Ağcabədi-Kəbirli-Beyləqan yolunun 22-ci kilometrliyinin Beyləqan rayonu Təzəkənd kəndindən keçən hissəsində hərəkətdə olan zaman yolun kənarı ilə topa şəkildə xırdabuynuzlu heyvanların getdiyini görərək avtomobilin surətini azaltmış, lakin heyvan sürüsnə yaxınlaşan zaman heyvanlardan biri sürüdən ayrılaraq qəfl onun idarə etdiyi yük avtomobilinin qarşısına çıxmış, lakin həmin vaxt avtomobilin əyləcindən istifadə etsə də, avtomobili saxlaya bilməmiş, nəticədə Şəxs məxsus xırda buynuzlu heyvanlardan birini vuraraq öldürmüşdürr. Hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə etməmiş, həmçinin yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmamışdır. Hadisə zamanı onun idarə etdiyi yük avtomobilinə 610 (altı yüz on manat) manat maddi zərər dəymişdir. Həmin zərər Şəxs tərəfindən ödənilməmiş, zərərin ödənilməsini tələb edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 iyul 2025-ci il tarixdə saat 20:00 radələrində özünə məxsus xırda buynuzlu heyvanları otlaq sahəsindən kəndə aparan zaman Ağcabədi-Kəbirli-Beyləqan yolunun 22-ci kilometrliyinin Beyləqan rayonu Təzəkənd kəndindən keçən hissəsində asvalt yolun kənarı ilə kəndə tərəf aparan zaman xırda buynuzlu heyvanlardan biri magistral yola çıxmış və həmin vaxt magistral yolda hərəkətdə olan “DAF-TEİ0XF” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili yola çıxan heyvanı vurmuş və həmin vaxt avtomobil əzilərək avtomobilin sahibinə maddi zərər dəymişdir. Qəza zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “DAF- TEİ0XF” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəyməsi iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 11 iyul 2025-ci il tarixli 812 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmamışdır. İşdə olan SƏRXAN avtomotoservis və ticarət firması tərəfindən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş 13 iyul 2025-ci il tarixli, SA-111 saylı ziyan aktından görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi, “DAF-TEİ0XF” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili yol-nəqliyyat hadisəsi zamanı avtomaşının radiator örtüyü, qabaq sol fara örtüyü güclü zərbə nəticəsində əzilərək yararsız vəziyyətə düşməsi nəticəsində 610 (altı yüz on) manat dəyərində ziyan dəyməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.7. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta əməlini törətmiş şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi, “DAF-TEİ0XF” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 610 (altı yüz on) manat dəyərində ziyan Şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilməlidir. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, xüsusiyyətlərini onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar