Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-438/2024 10.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon X9 yol X11 Nəqliyyat Hadisələri üzrə inspektoru, polis kapitan X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, sürücü işləyən, ailəli, Beyləqan şəhəri, M.Müşfiq küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs *3.*6.2*24-cü il tarixdə saat 1*:**-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “QKB 835*” Kamaz markalı, **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Beyləqan rayonu Dünyamalılar kəndində asfalt yolun kənarı ilə gedən şəbəkənin 1* kv-luq Dünyamallar hava xəttinin bir ədəd dəmir beton dayağını vuraraq sındırmış, dayaq yerə aşmışdır. Qəza nəticəsində X3 təxminən 12** (bir min iki yüz) manat məbləğində zərər dəyməsi müəyyən edilişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Belə ki, *3 iyun 2*24-cü ildə tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “QKB 835*” yük markalı, **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili və arxasındakı qoşqu ilə Beyləqan rayonu Dünyamalılar kəndindən ot yükü apararkən kənddən çıxan zaman qoşquda olan ot elektrik xəttinə dəymiş və yaranmış qığılcımla qoşquda olan ot yükü yanmağa başlamışdır. Yanğının genişlənməsinin qarşısını almaq məqsədi ilə qoşqunu kamazla yolun kənarına çəkmək istəyərkən qoşquda olan ot yükü yandığından aşaraq yolun kənarında olan elektrik hava xəttinin bir ədəd dəmir beton dayağını sındırmışdır. İdarə etdiyi “QKB 835*” Kamaz markalı, **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobil ona məxsus olsa da, idarə etməsi üçün lazım olan kateqoriyada sürücülük vəsiqəsi yoxdur. Qəza nəticəsində X3 dəymiş zərəri ödəməmişdir. Törətdiyi inzibati xətadan peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Beyləqan rayon X9 yol X11 Nəqliyyat Hadisələri üzrə inspektoru, polis kapitan X4 izahat verərək bildirmişdir ki, *3.*6.2*24-cü il tarixdə Beyləqan rayon PŞ-nin DYPB-nə kamaz markalı yük avtomobilinin Beyləqan rayonu Dünyamalılar kəndində asfalt yolun kənarı ilə gedən şəbəkənin 1* kv-luq Dünyamallar hava xəttinin bir ədəd dəmir beton dayağını vuraraq sındırması barədə daxil olmuş məlumat əsasən yolnəqliyyat hadisəsinin baş verdiyi yerə getmişdir. Hadisə yerinə gedərək yol-nəqliyyat hadisəsinin sxemini tərtib etmiş, həmçinin yol-nəqliyyat hadisəsinin iştirakçısının hansı yük avtomobilinin olması ilə bağlı araşdırmalar aparmışdır. Aparılmış qanunamuvafiq araşdırmalar nəticəsində hadisəni “QKB 835*” Kamaz markalı, **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü Şəxs tərəfindən törədilməsi aşkar olunmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Qəza nəticəsində X3 təxminən 12** (bir min iki yüz) manat zərər dəymişdir. Hadisə araşdırılarkən məlum olmuşdur ki, hadisəni törədən şəxs Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Belə ki, Şəxs sürücülük vəsiqəsi (BC) kateqoriyalı sürücülük vəsiqəsi olduğu halda, Şəxs qoşqulu kamaz markalı yük avtomobili idarə etmişdir. Sözügedən avtomobili idarə etmək üçün (E) kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Həmçinin müəyyən edilmişdir ki, Şəxs avtomobilə artıq yük vurmuş, yük hündür olduğuna görə elektrik məftilinə dəymiş və hadisə baş vermişdir. Daha sonra Şəxs izahatı alınmış və onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 Təchizatı və Satışı İdarəsi Beyləqan Elektrik Şəbəkəsinin mühəndisi X5 məhkəmə iclasında şahid qismində izahat verərək göstərdi ki, *3.*6.2*24-cü il tarixdə X3 ot yükü ilə Beyləqan rayonu Dünyamallar kəndi ərazisində hərəkətdə olan Kamaz markalı yük avtomobilinin Beyləqan rayonu Dünyamalılar kəndində asfalt yolun kənarı ilə gedən şəbəkənin 1* kv-luq Dünyamallar hava xəttinin bir ədəd dəmir beton dayağını vuraraq sındırması barədə məlumat daxil olmuşdur. X7 Şəbəkəsinin əməkdaşları ilə birlikdə hadisənin baş verdiyi yerə getmişlər. Hadisə yerinə çatan zaman Beyləqan rayonu Dünyamalılar kəndində asfalt yolun kənarı ilə gedən şəbəkənin 1* kv-luq Dünyamallar hava xəttinin bir ədəd dəmir beton dayağını sınmış vəziyyətdə yerə aşdığını görmüşlər. Şəbəkə tərəfindən yeni dayaq basdırılaraq xətt bərpa olunana qədər Dünyamallar kəndi bir neçə saat elektrik enerjisiz qalmışdır. Nəticədə X3 təxminən 12** manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: *7.*6.2*24-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan X12 Təchizatı və Satışı İdarəsi Beyləqan Elektrik Şəbəkəsinin rəisi C.Z.Qasımovun Beyləqan rayon polis şöbəsinin rəisi Ceyhun Qurbanova ünvanladığı *4.*6.2*24-cü il tarixli, 1*7 nömrəli məktubdan görünür ki, *3.*6.2*24-cü il tarixdə təxminən saat 11:3* radələrində Beyləqan rayonunun Dünyamalllar kəndində asfalt yolun kənarı ilə gedən şəbəkənin 1* kv-luq Dünyamallar hava xəttinin bir ədəd dəmir beton dayağı (dayağın hündürlüyü-11 metr) 2*-CG-536 dövlət nömrə nişanlı Kamaz markalı yük maşını ilə vurularaq sınıdırlmış və dayaq yerə aşmışdır. Şəbəkə tərəfindən yeni dayaq basdırılaraq xətt bərpa olunana qədər Dünyamallar kəndi bir neçə saat elektrik enerjisiz qalmışdır. Qəza nəticəsində X3 təxminən 12** manat dəyərində ziyan dəymişdir. Məhkəmə, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şahidin izahatlarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-nin 332.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, eləcə də onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati həbs növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmədə, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını və ilk dəfə inzibati xətatörətməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmədə müəyyən edildi ki, *3.*6.2*24-c il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X3 dəymiş təxminən 12** manat məbləğində ziyan Şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Zərərçəkmiş şəxs X3 dəymiş zərərlə bağlı mübahisə olması müəyyən edildiyindən mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilməlidir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən aşağı həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 4*, 43, 48-51, 61, 73, 114, 128-13*-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 1*.*6.2*24-cü il tarixdən, saat 17:5*-dən hesablansın. X2 Şəbəkəsinə dəymiş zərərlə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-438/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-438/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver