Məhkəmə qərarları › İş №3(020)-44/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-44/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-44/2024 12.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə xx.xx.1992-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,azərbaycanlı, Beyləqan rayonu, M.Ə.Rəsulzadə küçəsi ev 63-də qeydiyyatda olan və yaşayan X2 barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, X3 Azərbaycan Respublikası DİN BDYP-nin inzibati xətalar haqqında EQ 15604163 nömrəli, xx.xx.2023-cü il tarixli protokoluna əsasən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək cəmi 40 manat məbləğində cərimə edilmişdir. X1 inzibati cəza növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və ödəyəcəyi məbləğə 24 manat dəbbə pulu əlavə edilmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ hazırda dəbbə pulu ilə birlikdə 64 manat təşkil edir. Buna görə də, X2 barəsində Beyləqan rayon PŞ-i tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta törətmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarından görünür ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası DİN Azərbaycan Respublikası DİN BDYP-nin xidmətinin inzibati xətalar haqqında EQ 15604163 nömrəli, xx.xx.2023-cü il tarixli protokola əsasən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Lakin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmiş və ödəyəcəyi məbləğə 24 manat dəbbə pulu əlavə edilmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ dəbbə pulu ilə birlikdə 64 manata çatmışdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, inzibati xəta törətmiş şəxsin inzibati cəriməsi bu günə kimi ödənilməmiş qalmışdır. İş materiallarını nəzərdən keçirib, X2 inzibati cəriməni ödəməməsini əsas tutaraq onun nəqliyyat vasitələrini idarə etmə hüququnu Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada 6 (altı) ay müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: xx.xx.1992-ci ildə anadan olan X3 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədr vəzifəsini müvəqqəti icra edən Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar