Məhkəmə qərarları › İş №3(020)-443/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-443/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-443/2023 28.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Füzuli rayonu, Alxanlı kəndində anadan olmuş, ailəli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olan, hazırda Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı mənzilin qapısında döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilmədi və izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanımır. Onunla aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Oğlu X1 oğlu Zahid ilə birlikdə Beyləqan şəhər 2 saylı tam orta məktəbdə oxuyur. Zahid məktəbin 5 b sinifində, oğlu Emil isə 5 a sinifində təhsil alır. Onlar arasında münasibət uzun müddətdir ki, soyuqdur. Belə ki, Emil Zahidin yaşadığı küçədə uşaqlarla birlikdə futbol oynayır, buna görə də onlar arasında mübahisə yaranır. Bu barədə ona oğlu Emil dəfələrlə danışmışdır. Sonuncu dəfə də xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdə olarkən oğlu Emilin ağlaya-ağlaya evə gəldiyini görmüşdür. Buna görə də Emilə yaxınlaşaraq nə səbəbə ağladığını soruşanda Emilin sifətinin qanadığını görmüşdür. Emildən onu kimin döydüyünü soruşduqda Emil onu iki qardaşın döydüyünü demişdir. Emildən həmin uşaqların evini tanıdğını soruşmuş, Emil həmin uşaqların evini tanıdğını demişdir. Emil ilə həmin mənzilə getmişdir. Məhəlləyə çatdıqda Zahidin qardaşı ilə birlikdə məhəllədə dayandığını görmüş, onlardan birinin qolundan tutmuş, digəri isə oradan qaçmışdır. Onlara qaçmamasını demiş və mənzillərinin yerini soruşmuş, uşaqlar mənzillərinin yerini ona deməmişdir. Bundan sonra uşaqlar qaçaraq məhəllədə yerləşən binaya girmiş və uşaqların arxasıyca binaya girən zaman uşaqların binanın ikinci mərtəbəsində yerləşən mənzilinə girdiyini gördükdən sonra uşaqların arxasıyca mənzilin qapısını döymüş, mənzilin qapısını açan uşaqların anası Zərərçəkmiş şəxs oğlanlarının onun oğlunu döyməsini demiş, Səbinə onunla razılaşmayaraq mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Səbinə qapının yanında rəfdən ayaqqabını götürərək ona tərəf atmaq istədikdə ayaqqabını Səbinənin əlindən alıb yerə çırpmış və Səbinəyə onu polisə verəcəyini deyərək oğlu Emili də götürüb oradan çıxıb getmişdir. Bundan sonra onlar arasında olan dava yekunlaşmışdır. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. X7 Beyləqan şəhər 2 saylı tam orta məktəbin 5 b sinifində, digər oğlu Əbütalib Bağırov isə həmin məktəbin 7-ci sinifində oxuyur. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdə olarkən oğlanları parkdan gələrək yaşadığı evə daxil olmuşlar. Oğlu Əbutalib ona demişdir ki, onu parkda bir qadın döyübdür. O, da oğluna “gedək görüm səni kimdir döyən” deyərək qapını açıb çölə çıxmaq istədikdə bir qadın ona yaxınlaşaraq “hanı uşaq onu ödürəcəm” demişdir. Həmin qadından, yəni şəxsiyyəti həmin vaxt ona məlum olan Şəxs nə baş verdiyini soruşmuşdur. Bu zaman həmin qadın ona yaxınlaşaraq əlini boğazına atmış, boğazından tutub onu itələmişdir. Sonra da əlini tutaraq sıxmış, və arxaya qatlamışdır. Sevinc onun qolunu dırnaqları ilə cızmışdır. Sevinc oğlanlarını vurmaq istəmişdir. Həmin qadını evdən çıxması üçün itələmişdir. Lakin Sevinc evdən çıxmamışdır. Həmin qadın onu itələmişdir. Həmin vaxt onu əri Hüseyn tutmuşdur. Sevinc həyat yoldaşını gördükdən sonra oradan çıxıb getmişdir. Bundan sonra uşaqlarından soruşduqdan sonra ona məlum olmuşdur ki, Sevincin uşağı da onun uşaqları ilə eyni məktəbdə oxuyur. Hazırda Şəxs ilə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis baş leytenantı X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 01 aprel 2023-cü il tarixli 210/2023 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1986-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ said nahiyələrində sıyrıqlar aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış sübutlarla təkzib olunmuşdur. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, qadın olmasını nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 202-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar