Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-451/2025 17.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Beyləqan Rayon Polis Şöbəsinin YHN-nin inispektoru, polis kapitanı X2 iştirakları ilə, xx xxxx 2003-ci il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 334.1 və 334.3-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Beyləqan Rayon Polis Şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 17 iyul 2025-ci il tarixli, İXM seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Polis Şöbəsinin YHN-nin inispektoru, polis kapitanı X5 tərəfindən vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.3-cü maddələri ilə 17 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edillmiş və həmin protokol əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vətəndaş Şəxs 23 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Beyləqan şəhəri ərazisində yerləşən kafelərdən birində bir neçə bakal pivə içdikdən sonra şəhərin M.Ə.Rəsulzadə küçəsi ilə piyada hərəkət edərkən orada yol kənarında yerləşən “Leon studio” adlı bərbərxananın qarşısında “VAZ 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin motorunun işlək vəziyyətdə, qapısının isə açıq olduğunu görüb, talama məqsədi olmadan, sadəcə əylənmək istəyi ilə sürücünün oturacağına əyləşərək onu hərəkətə gətirib, həmin ərazidən uzaqlaşmışdır. Bir neçə kilometr getdikdən sonra Beyləqan rayonunun, Mil qəsəbəsinə daxil olmuş və orada torpaq örtüklü yolda idarəetməni itirərək avtobomili işıq dirəyinə vurmaqla avtomobil sahibinə maddi zərər vurmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə görə bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə Məcəllənin 334.3-cü maddəsi ilə məsuliyyət yaranır. Göründüyü kimi İXM-in 334.3-cü maddəsi 334.1-ci maddəsini özündə əhatə edir. Bu səbəbdən də Şəxs İXM-in 334.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına aid hissəyə xitam verilməlidir. İş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş polis kapitanı X5 izahat verərək, Şəxs barəsində Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı Zaman Əhmədli tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərar əsasında Azərbaycan Respublikası İXM-in 334.1 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs 23 dekabr 2024cü il tarixdə spirtli içki qəbul edərək, zərərçəkmiş şəxs X3 məxsus “VAZ 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili heç bir icazə almadan əyləşib idarə edərək uzaqlaşmış və sonradan Beyləqan rayonunun, Mil qəsəbəsində torpaq ərazidə işıq dirəyinə vuraraq ona maddi zərər vurmuşdur. S.N.Kazımov Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, həqiqətən də 23 dekabr 2024-cü il tarixdə saat 22 radələrində rayon ərazisində yerləşən kafelərdən birində qəbul etdiyi spirtli içkinin təsiri altında rayon İcra Hakimiyyətinin binasının yerləşdiyi küçədə piyada hərəkət edərkən “Leon studio” adlı bərbərxananın qarşısında “VAZ 2106” markalı avtomobilin işlək vəziyyətdə olmasını görüb, yaxınlaşmış və qapısının açıq olmasından istifadə edərək heç bir oğurluq məqsədi olmadan, sadəcə sürüb yenidən geri qaytarmaq məqsədilə əyləşib hərəkətə gətirərək çıxıb getmişdir. Bir qədər hərəkət etdikdən sonra Beyləqan rayonunun, Mil qəsəbəsində torpaq yolda avtomobilin idarəetməsini itirərək onu yol kənarında olan işıq dirəyinə vurmuşdur. Nəticədə avtomobil sahibinə 546 manat məbləğində ziyan vurmuş və həmin ziyanın hissə-hissə 300 manatını ödəmiş, qalan məbləği isə qısa müddət ərzində ödəyəcəyini deyərək, hazırki fakt üzrə barəsində Beyləqan Rayon Məhkəməsinin icraatında cinayət işinin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs X4 izahat verərək, 23 dekabr 2024-cü il tarixdə saat 22 radələrində özünəməxsus “VAZ 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə borcunu ödəmək məqsədilə “Leon studio” adlı bərbərxanaya getmiş və işinin qısa müddətli olmasını nəzərə alaraq avtomobili işlək vəziyyətdə saxlayıb, düşüb getmişdir. Bərbərxanaya daxil olmasından qısa müddət sonra avtomobilini kiminsə idarə edib getdiyini görüb, çölə çıxmış, lakin həmin şəxsin kim olmasını görməmişdir. Dost-tanışının zarafat etməsini düşünərək təxminən 20-25 dəqiqə orada gözləmiş və sonra Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə zəng edib məlumat verməklə yanaşı, Beyləqan rayon Polis şöbəsinə də ərizə ilə müraciət etmişdir. Sonradan polis əməkdaşları tərəfindən onun avtomibili tapılaraq özünə təhvil verilərkən o, avtomobili qaçıran şəxsi Şəxs adlı şəxs olduöunu öyrənmişdir. Həmin vaxt o, avtomobilnin harasa dəyərək zədələndiyini görmüş və ümumilikdə 546 manat məbləğində ziyan dəydiyini müəyyən etmişdir. Həmin ziyanın 300 manatını artıq Şəxs ona qaytarmış, qalan hissəsini də qaytaracağına söz vermişdir. Zərərçəkmiş şəxs hazırki fakt üzrə Şəxs barəsində Beyləqan Rayon Məhkəməsinin icraatında cinayət işinin olduğunu bildirmişdir. Materiala əlavə edilmiş Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı Zaman Əhmədli tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti isə məhz, sonuncunun iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X3 məxsus “VAZ 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan spirtli içkinin təsiri altında idarə edib getməsi və onu işıq dirəyinə vuraraq maddi zərər vurması olmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materillarından görünür ki, Şəxs ittiham elan olunaraq, təqsirləndirilən şəxs qismində cəlb olunduğu eyni fakt üzrə Beyləqan Rayon Polis Şöbəsinin YHN-nin inispektoru, polis kapitanı X5 tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Odur ki, Qanunun normasının tələblərini nəzərə alaraq, Şəxs İXM-in 334.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasına aid hissəyə də xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görtə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, vətəndaş T.R.Sltanov barəsində Azərbaycan Respublikası İXM-nin 334.1 və 334.3-cü maddələri ilə olan inzibati xəta haqqında işə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105 və 334-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 3.34.3-cü maddələri ilə tərtib edilmiş 17 iyul 2025-ci il tarixli, İXM seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(020)-451/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-451/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver