Məhkəmə qərarları › İş №3(020)-452/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-452/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-452/2025 18.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Əliyev Yasin Allahverən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Ağcabədi rayonu, Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, taksiçilik fəaliyyəti ilə məşğul olan, deməsinə görəməhkum olunmamış, Ağcabədi rayonu, Qaradolaq kədində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdim: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olaraq nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh almış şəxs kimi bir il ərzində təkrarən xx.xx.2025-ci il tarixdə, saat 18:50 radələrində Beyləqan-Kəbirli-Ağcabədi yolunun 7-ci kilometrliyində “KİA Rio” minik markalı, **-OA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili alkoqollu içkinin qəbul olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. Bununla bağlı Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin YPX inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 12 iyul 2025-ci il tarixli, İXP saylı ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, taksiçlik fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2025-ci il tarixdə idarə etdiyi “KİA Rio” minik markalı, **- OA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu, Örənqala qəsəbəsi ərazisində hərəkətdə olan zaman yolda xidmət aparan Beyləqan RPŞ-nin YPX əməkdaşları ona saxla işarəsi vermiş, o, polisin saxla əmrinə tabe olaraq idarə etdiyi avtomobili saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək ondan sənədləri tələb etmiş, o, sənədlərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları sənədləri yoxladıqdan sonra onun sərxoş olması barədə ona sual vermiş, o, polis əməkdaşlarına sərxoş olmadığını bildirmiş, lakin polis əməkdaşları onlarla birlikdə rayon PŞ-nə getməli olduğunu ona bildirmilər. O, polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmiş və Pş-də onun sərxoşluğu yoxlanılmış və muayinə zamanı onun sərxo vəziyyətdə olması məlum olmuşdur. Bundan sonra polis əməkdaşları ondan sidik analizi götürərək narkotik vasitələrin təsiri altında olmasını muayinə etmişlər. Muayinə zamanı onun nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. O, hadisədən 3-4 gün əvvəl spirtli içki qəbul etmiş, həmçinin əsəblə əlaqədar sakitləşdirici dərmanlar atdığı üçün onun narkotik vasitə istifadə etməsi muayinə zamanı aşkarlanmışdır. Həmçinin bundan əvvəl spirtli içki qəbul edərək avtomobil idarə etməsinə görə barəsində İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati qaydada cərimə edilmişdir. İş üzrə şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin YPX-nin inspektoru polis baş serjantı X3 izahat verərək göstərdi ki, 12 iyul 2025-ci il tarixdə Beyləqan rayon PŞ-nin YPX-nin inspektoru polis baş serjantı X5 ilə birlikdə Beyləqa-Kəbirli yolunda xidmətdə olduqları zaman “KİA Rio” minik markalı, **-OA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü manevretmə qaydalarını pozduğu üçün tərəfindən saxlanılmış, saxlanıb sənədləri yoxlanılan zaman şəxsiyyəti sonradan ona məlum olan Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsi barədə onda şübhələr yarandığından Şəxs rayon PŞnə dəvət etmişdir. Şəxs onlarla birlikdə rayon PŞ-nə gətirildikdən sonra sərxoşluq muayinəsi aparılmış və muayinə zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi və nəqliyyat vasitəsini idarə edən zaman narkotik vasitənin təsiri altında olması muayinə zamanı məlum olmuşdur. Bundan sonra Şəxs portal məlumatlarına baxılmış və müəyyən edilmişdir ki, Şəxs il ərzində təkrarən avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İş üzrə şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin YPX-nin inspektoru polis baş serjantı X1 rayon PŞ-nin YPX-nin inspektoru polis baş serjantı X3 ilə eyni məzmunda ifadə verərək V.Quliyevin ifadəsində verdiyi xüsastları təsdiq etdi. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, şahid ifadələri, özünen etirafı və işə əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 333-1.1-ci və 333.2-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 855 nömrəli sərxoşluğun müəyyən edilməsinə dair müayinə protokolundan görünür ki, Şəxs tibbi muayinədən keçirilmiş, muayinə zamanı sərxoş vəziyyətdə, həmçinin tibbi müayinə nəticəsində THC (+), MET (+) aşkar edilmişdir. Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə görə 333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 333-1.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində İXM-nin 333.2-ci maddəsinin sanksiyasına uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuna müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar