Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-453/2024 12.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Beyləqan rayonu Kəbirli kəndində doğulmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Beyləqan rayon İH-nin inzibati binasının qarşısında uca səslə ünvansız nəlayiq söyüşlər söyərək orada olan və İH-nin qarşısında olan gül dibçəyini təpiklə vuraraq aşırmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, İkinci qarabağ müharibəsi iştirakçısıdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Beyləqan rayonu İH-nə gedərək İH-nin əməkdaşı şöbə müdiri Heybət Əliyevin qəbulunə girərək ona iş verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Heybət Əliyev isə ona cavabında iş verən orqanın Məşğulluq xidmətinin olduğunu bildirmişdir. Həmin vaxt əsəbləşərək inzibati binadan çölə çıxmış əsəbi vəziyyətdə olduğundan rayon İH-nin inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlətmiş, hirsi soyumadığından İH-nin qarşısında olan gül dibçəyini təpiklə vuraraq aşırmışdır. Həmin vaxt əsəbi vəziyyətdə olduğundan özündə olmamış və ünvansız nəlayiq ifadələr işlətmişdir. Həmin vaxt orada, yəni İH-nin qarşısından keçən rayon sakinləri olmuş və onun həmin hərəkəti sakinləri narahat etmişdir. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan RİH başçısı aparatının Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri X6 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Beyləqan rayonu Kəbirli kənd sakini müharibə iştirakçısı 2001-ci il təvəllüdlü Şəxs rayon İH-nin binasına, onun xidməti otağına gələrək işsiz olduğunu bildirmiş və onun işlə təmin olunmasına köməklik göstərilmədiyini bildirmişdir. O, Şəxs İcra hakimiyyyəti tərəfindən ona yetərincə köməklik göstərildiyini bildirərək iş üçün Məşğulluq xidmətinə müraciət etməsini tövsiyyə etmişdir. Bundan sonra Şəxs onun xidməti otağından yüksək tonla səs-küy salaraq İH-nin inzibati binasının qarşısına şıxmış və ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. İHnin mühafizəsini yerinə yetirən polis əməkdaşı Şəxs nizam-intizama dəvət etməsinə baxmayaraq Şəxs öz hərəkətlərini davam etdirərək İH-nin inzibati binasının qarşısında olan gül dibçəyini təpiklə vuraraq aşırmışdır. Ona görə də akt tərtib edərək Şəxs barəsində tədbir görülməsi üçün Beyləqan rayon PŞ-nə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 və X1 RİH başçısı aparatının Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri X6 ilə eyni məzmunda izahat verərərək Heybət Əliyevin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları X8, X3, X2, X9, Eşqin Bayramov, Məhəmməd Abbasov, X11 Məmmədov və Ramil Yusifovun iştirakları ilə tərtib olunmuş 11 iyun 2024-cü il tarixli aktdan görünür ki, Beyləqan rayon Kəbirli kənd sakini müharibə iştirakçısı Şəxs Babaşov oğlu 11 iyun 2024cü il tarixdə, saat 13:30 radələrində Beyləqan rayon İcra hakimiyyətinin inzibati binasının qarşısında uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və İH-nin inzibati binasının qarşısında olan gül dibçəyini təpiklə vuraraq aşırmışdır. Ona görə də Şəxs hərəkətləri barədə akt tərtib etmişlər. İş materiallarına əlavə olunmuş Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci muavini, Rayon İcra Hakimiyyəti başçısı vəzifə səlahiyyətlərini müvəqqəti icra edən X5 rayon PŞ-nin rəisinə ünvanladığı 11 iyun 2024-cü il tarixli, 5-37/2-411/2024 saylı xidməti məktubdan görünür ki, Beyləqan rayon Kəbirli kənd sakini müharibə iştirakçısı Şəxs Babaşov oğlu 11 iyun 2024-cü il tarixdə, saat 13:30 radələrində Beyləqan rayon İcra hakimiyyətinin inzibati binasının qarşısında uca səslə ünvansız nalayiq ifadələr işlətməsi barədə məlumat verilərək Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Beyləqan rayon İH-nin inzibati binasının qarşısında uca səslə ünvansız nəlayiq söyüşlər söyərək orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etməklə İH-nin qarşısında olan gül dibçəyini təpiklə vuraraq aşırmışdır. Şəxs Beyləqan rayon İcra hakimiyyətinin inzibati binasının qarşısında xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları, özünün etirafı və şahidlərin izaharları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ikinci qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-453/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-453/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver