Məhkəmə qərarları › İş №3(020)-453/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-453/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-453/2025 04.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Şikayət vermiş şəxs Hacızadə Sənay Ramiz oğlunun iştirakı ilə, Hacızadə Sənay Ramiz oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 29039188 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacızadə Sənay Ramiz oğlu şikayətlə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 29039188 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 29039188 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən aydın olur ki, vətəndaş Hacızadə Sənay Ramiz oğlu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Quba istiqamətində xx.xx.2025-ci il tarixdə saat 23:18-də “MAN TGX ” yük markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Şikayətdə göstərilmişdir ki, DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29039188 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə o, qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 1200 manat məbləğində cərimə edilmişdir. Əsas kimi isə EQ seriyalı 29039188 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar və inzibati xəta haqqında işin digər materilları götürülmüşdür. Tərtib olunan protokola digər iş materiallarına görə, xx.xx.2025ci il, saat 23:18-də M-1 44.6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Quba istiqamətində “MAN TGX ” yük markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyi üçün barəsində 1200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Hacızadə Sənay Ramiz oğlu verdiyi şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 29039188 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarı əsasında o, İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsindədə qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat 23:18-də idarə etdiyi mülkiyyətində olan “MAN TGX ” yük markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Quba istiqamətində idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bildirmişdir ki, o, şəxsi mülkiyyətində olan “MAN TGX” yük markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir və onunlamüxtəlif növ yükdaşımları edərək ailəsini dolandırır. Belə ki, bu minvalla xx.xx.2025-ci il tarixdə bir nəfər şəxs ona zəng edərək "xxxx" MMC-nin Haramı adlanan ərazisində yerləşən anbarından buğda aparmaq lazm olduğunu bildirdi və o, həmin şəxslə razılaşaraq "xxxx" MMC-nin Haramıda yerləşən anbarına gedərək idarə etdiyi “Man TGX” yük markalı, **-KD-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini anbardan buğda ilə dolduraraq xx.xx.2025-ci il tarixdə, saat 12:09-da "xxxx" MMC şirkətinə məxsus olan sertifikatlı çəki tərəzisində çəkdirmiş və idarə etdiyi “Man TGX” yük markalı, **-KD-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilininin yük ilə birlikdə ümümi çəkisi 39800 kiloqram olmuşdur. Bunu təsdiq edən "xxxx" MMC-nin operatoru tərəfindən tərtib olunmuş 2163 nömrəli, xx.xx.2025-ci il tarixli tərəzi qəbzi ona təqdim olunmuşdur və yükü “Giləzi Quşçuluğun” anbarına aparmağı ona bildirmişlər. Bundan sonra yola çıxmış və Giləzi qəsəbəsi istiqamətində hərəkətdə olarkən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Quba istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 23:18 radələrində Аzərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən quraşdırılmış radar vasitəsi ilə idarə etdiyi “Man TGX” yük markalı, **-KD-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin ümumi kütləsinin 42710 kiloqram olması müəyyən olunmuş yükün normadan artıq (müəyyən olunmuş norma 40.000 kiloqram) olması əsas göstərilərək barəsində xx.xx.2025-ci il tarixdə, saat 23:18-də EQ seriyalı 29039188 nömrəli elektron qərar qəbul edilərək 1200 manat məbləğində cərimə edilmişdir. O, həmin gün yəni, xx.xx.2025-ci il tarixdə, saat 11:01 radələrində yükü apardığı X1 Sənaye Kompleksinin 1 nömrəli anbarına təhvil verən zaman yük avtomobilində olan yükün çəkisini çəkdirmiş və avtomobildə olan yükün ümumi çəkisi 39400 kiloqram olması barədə ona 31392 nömrəli qəbz verildikdən sonra barəsində qəbul edilmiş qərarın əsassız olmasına tam əmin olmuşdur. Avtomobildə artıq yük olmadığı halda əsassız olaraq barəsində xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29039188 nömrəli elektron qərar qəbul edilmişdir. Həmçinin barəsində inzibati protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin bir sıra tələbləri pozulmuşdur. Göstərilənlərin nəzərə alınmasını və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 29039188 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar BDYPİ-nin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə BDYPİ-nin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN-in BDYPİ-nin EQ seriyalı 29039188 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarının surətindən aydın olur ki, vətəndaş Hacızadə Sənay Ramiz oğlu 04 iyul 2025-ci il tarixli EQ seriyalı 29039188 nömrəli protokola əsasən M-1, 44.6 km Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Quba istiqamətində 04 iyul 2025-ci il tarixdə, saat 23:18də “MAN TGX” yük markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, “MAN TGX” yük markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil 04 iyul 2025-ci il tarixdə, saat 23:18-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Quba istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42710 kq olmuşdur. BDYPİ-nin Qİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «MAN TGX” yük markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Hacızadə Sənay Ramiz oğludur. Azərbaycan Respublikası DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü sübut və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi "xxxx" MMC Haramı anbarından ona verilmiş 2163 nömrəli çəki qəbzində də aydın olur ki, sürücü Hacızadə Sənay Ramiz oğlu 04 iyul 2025-ci il tarixdə, saat 12:09 radələrində yük doldurma yerini tərk edərkən idarə etdiyi yük avtomobilinin brutto çəkisi 39800 kiloqram olmuşdur. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi “X1 Sənaye Kompleksi”ndən ona verilmiş 31392 saylı, xx.xx.2025-ci il tarixli tərəzi çekindən də aydın olur ki, sürücü 05 iyul 2025-ci il tarixdə, saat 11:24 radələrində yük boşaldarkən yük avtomobilinin brutto çəkisi 39400 kiloqram olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Hacızadə Sənay Ramiz oğlu “MAN TGX” yük markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yuxarıda qeyd olunan vaxtda idarə edərkən idarə etdiyi avtomobilin maksimum kütləsi 40 tonu keçməmiş, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, N° 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollan ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi İcazənin verilməsi Qaydasının 4.2-ci maddəsinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçti alətləri və cihazları, hərəkətdə olaıı belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Həmin qaydanın 4.3-cü bəndində əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Beləliklə, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olub-olmaması araşdırılmadan Hacızadə Sənay Ramiz oğlunun təqsirinin olması əsas götürülərək qərar qəbul olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Dİn Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasında iştirakı və iş üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə dəfələrlə məlumat verilsə də BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iş üzrə əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim etməmişdir. 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Hacızadə Sənay Ramiz oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda nəzərdə tutulmuş 353.5-ci maddəsi ilə inzibati xətanın törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən Hacızadə Sənay Ramiz oğlu barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 29039188 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında electron qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 53.1.2, 131-136-cı maddələrini rəhbər tutaraq məhkəmə adından, QƏRARA ALDİM: Hacızadə Sənay Ramiz oğlunun şikayəti təmin edilsin. Hacızadə Sənay Ramiz oğlunun Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair DİN-in BDYPİ tərəfindən qəbul edilmiş EQ seriyalı 29039188 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar