Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-461/2023 26.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs ASC-nin direktoru X2 iştirakı ilə Beyləqan rayonu, Mil qəsəbəsində ünvanında qeydiyyatında olan Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: İnzibati xəta haqqında materialdan görünür ki, hüquqi ünvanı Beyləqan rayonu, Mil qəsəbəsi olan Şəxs ASC 12 aprel 2023-cü il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Xudafərin” gömrük postunda **********9873 sorğu nömrəli gömrük bəyənnaməsi ilə rəsmiləşdirilən Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC şirkətindən HS002GE nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş “bir günlük diri cücələr” yüklərini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 12 aprel 2023-cü il tarixdə, saat 01:52-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair gömrük orqanına əvvəlcədən elektron formada verilməli olan qısa idxal bəyənnaməsi gömrük xidmətinin VAİS-nə rəsmiləşdirilməsi üçün göndərilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs ASC-nin direktoru X3 məhkəmə iclasında rəhbəri olduğu şirkəti təqsirli bilmədi və izahat verərək göstərdi ki, Şəxs ASC-nin direktorudur. Müəssisənin gömrük təmsilçiliyi ilə bağlı əməliyyatalları özü həyata keçirir. Rəhbəri olduğu müəssisədə daimi gömrük sənədlərinin düzgün hazırlanmasına və əməliyyatların vaxtında həyata keçirilməsinə diqqət yetirmişdir. Rəhbəri olduğu müəssisə Gürcüstan Respublikasına bir günlük cücə sifarişi verilmiş, xx.xx.2023-cü il tarixdə yük nəqliyyat “Qırmızı Körpü” gömrük keçid məntəqəsindən keçid zamanı gömrük əməkdaşları tərəfindən qısa idxal bəyannaməsinin olmadığı bildirilmiş, onlar isə daşıma firmasına bəyənnamənin yazılıdğını, lakin sistemə vaxtında oturmadığını bildirmişlər. Lakin gömrük keçid məntəqəsinin əməkdaşları sürücüyə gözləmə imkanlarının olmadığını bildirmiş və sistemdə qısa idxal bəyənnaməsinin olmadığını qeyd etmiş və bunu əsas götürərək rəhbəri olduğu müəssisənin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə əsassız protokol tərtib etmişlər. Halbuki qısa idxal bəyənnaməsi eyni gündə, yəni 12 aprel 2023-cü il tarixdə bəyan edilmiş, lakin texniki səbəblərdən sistemə bir neçə dəqiqə gec oturmuşdur. Göstərilənlərin nəzərə alınmasını və rəhbəri olduğu müəssisənin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı ilə daşınan mallara” dair çıxarışdan görünür ki, HS002GE nömrə nişanlı nəqliyyat vasitəsi ilə Şəxs ASC-nin hüquqi ünvanına göndərilən mallar 12 aprel 2023-cü il tarixdə, saat 01:52-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs ASC-nin hüquqi ünvanına Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirməklə 12 aprel 2023-cü il tarixdə, saat 01:52-də HS002GE nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş “bir günlük diri cücələr” yükünə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl verilməli olan elektron formada qısa idxal bəyənnaməsi Gömrük xidmətinin VAİS sisteminə 12 aprel 2023-cü il saat 05:02-də rəsmiləşdirmək üçün göndərilmişdir. Qeyd olunan faktla bağlı 25 aprel 2023-cü il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə 12000-03823/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə hesab edir ki, Şəxs ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs ASC-nin hüquqi ünvanına göndərilən yüklərlə əlaqədar qısa idxal bəyənnaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmiş, lakin sistemdə olan gecikmələr səbəbindən elektron formada qısa idxal bəyənnaməsi Gömrük xidmətinin VAİS sisteminə 12 aprel 2023-cü il saat 05:02-də rəsmiləşdirmək üçün göndərilmişdir. Beləliklə də məhkəmədə müəyyən edildi ki, Şəxs ASC-nin həmin gün gətirilmiş yükə görə qısa idxal bəyənnaməsi həmin yük daxil olan kimi təqdim etməməsi qəsdən baş verməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz,başlanılmış icraata isə xitam verilməlidir. Hesab edirəm ki, hazırkı vəziyyətdə Şəxs Açıq Səhmdar Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 485.2-ci maddəsinin tərkibi yoxdur, Ona görə də hazırki inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: “BEYLƏQAN-BROYLER»” ASC-nin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-461/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-461/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver