Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-47/2024 22.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu Quliyev Zaur Qulu oğlunun katibliyi ilə xx.xx.1978-ci ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuş,Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Elgiz Rzayev tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Beyləqan rayon məhkəməsinə göndərilmişdir. Materiallar baxılmağa hazırlanarkən aydın oldu ki, inzibati protokol düzgün tərtib edilməmiş, yəni protokol tam doldurulmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində ətraflı məlumatlar göstərilməmiş və hüquq və vəzifələri izah edilməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol qanuna müvafiq tərtib edilmədiyi üçün baxılması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək və vəsatət və etirazlar vermək hüquqları vardır. Həmin Məcəllənin 109.1.1-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılması tarixinin və yerinin təyin edilməsi barədə qərardad qəbul edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edir. Hazırki vəziyyətdə iş üzrə hər hansı qərar qəbul edilə bilmədiyindən materiallar Beyləqan rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109,115 və 117-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən Beyləqan rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-47/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-47/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver