Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-48/2024 22.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-966/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat tutularaq xx.xx.2010-cu ildə anadan olan Nərmin və xx.xx.2011-ci ildə anadan olan Aytəkin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-932/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 160 manat aliment tutularaq xx.xx.2022-ci ildə anadan olan Yusif adlı uşağın saxlanılması üçün X1 verilməlidir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 13 mart 2023-cü il tarixli, 3(020)-287/2023 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərarlar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-966/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat tutularaq xx.xx.2010-cu ildə anadan olan Nərmin və xx.xx.2011-ci ildə anadan olan Aytəkin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-932/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 160 manat aliment tutularaq xx.xx.2022-ci ildə anadan olan Yusif adlı uşağın saxlanılması üçün X1 verilməlidir. Maddi imkanı olmadığından icra sənədləri üzrə alimenti ödəyə bilməmiş, nəticədə birinci icra sənədi üzrə 4400 manat, ikinci icra sənədi üzrə isə 1440 manat aliment borcu yaranmışdır. Əvvəllər işlədiyi vaxtlarda uşaqların paltarlarının alınmasında tələbkara köməklik göstərmiş, sonradan heç bir yerdə işləmədiyindən köməklikdə göstərə bilməmişdir. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış və icra sənədləri üzrə olan aliment borcunu ödəməsi tələb edilmişdir. Hazırda aliment borcunu ödəyə bilmir. Ona vaxt verilərsə aliment borcunu hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-966/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat tutularaq xx.xx.2010-cu ildə anadan olan Nərmin və xx.xx.2011-ci ildə anadan olan Aytəkin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-932/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 160 manat aliment tutularaq xx.xx.2022-ci ildə anadan olan Yusif adlı uşağın saxlanılması üçün X1 verilməlidir. İcra sənədləri onun icraatına daxil olduğu gündən indiyədək qanuni icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədləri üzrə alimenti ödəməmiş, nəticədə birinci icra sənədi üzrə 4400 manat, ikinci icra sənədi üzrə isə 1440 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində lazımı icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədləri üzrə alimenti ödəməmişdir. 13 mart 2023-cü il tarixdə icra sənədi üzrə alimenti ödəmədiyindən Şəxs barəsində protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Şəxs həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq yaranmış aliment borcundan heç bir ödəniş etməmiş, nəticədə iki icra sənədi icra sənədi üzrə ümümulikdə 5840 manat aliment borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsində izahat verərək icra sənədi üzrə yaranmış aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs barəsində protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-966/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat tutularaq xx.xx.2010-cu ildə anadan olan Nərmin və xx.xx.2011-ci ildə anadan olan Aytəkin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-932/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 160 manat aliment tutularaq xx.xx.2022-ci ildə anadan olan Yusif adlı uşağın saxlanılması üçün X1 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 13 mart 2023-cü il tarixli, 3(020)-287/2023 saylı qərarından görünür ki, Şəxs məhkəmənin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan aliment borcunu inzibati tənbeh olunmasına baxmayaraq il ərzində eyni icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcundan heç bir ödəniş etməməsini, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 22 yanvar 2024-cü il tarixdən, saat 16:25-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-48/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-48/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver