Məhkəmə qərarları › İş №3(020)-48/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-48/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-48/2025 22.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X2 təsərrüfat müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, X2 yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X3 izahat verərək bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)- 891/2022 nömrəli qətnaməsinə əsasən Şəxs 34000 ABŞ dolları milli manat ekvivalentində pul və 15.000 manat pul, eləcə də ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq X5 ödənilməsi qət edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)- 891/2022 nömrəli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-891/2022 nömrəli icra sənədi üzrə borcunu ödəməsi üçün qanuni icra tədbirləri görülərək, borcun ödənilməsi onun əmək haqqına yönəldilmişdir. Lakin əmək haqqı az olduğundan, tələbkar həmin ödənişlə razılaşmır. Borclu tərəfindən əmək haqqından tutulmadan əlavə olaraq da hər ay ödənişlər edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin onun borcu ödəməsi üçün hər hansı bir əmlakının olması müəyyən edilməmişdir. Həmçinin bütün çağırışlarına vaxtında gəlmişdir. Hazıradək borclu icra sənədi üzrə borcundan cəmi 5325 manat ödəniş etmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədi üzrə borcunu tam ödəmədiyi üçün onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir.Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-891/2022 nömrəli qətnaməsinə əsasən ondan 34000 ABŞ dolları milli manat ekvivalentində pul və 15 manat pul, eləcə də ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq, X5 ödənilməsi qət edilmişdir. İcra məmuru tərəfindən borcun ödənilməsi onun əmək haqqına yönəldilmişdir. O, hər ay müvafiq olaraq borcundan maddi imkanı çatacaq dərəcədə ödənişlər edir. O, hər ay, yəni xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 825 manat, xx.xx.2024-cü il tarixdə 100, xx.xx.2024-cü il tarixdə 300 manat və xx.xx.2025-ci il tarixdə 320 manat ödəniş etmişdir. Hal-hazırda onun borcunu tam ödəməyə maddi imkanı yoxdur. O, heç vaxt borcunu ödəməkdən qəsdən yayınmamışdır. O, borcunu hissə-hissə ödəyəcəkdır. Həmçinin tələbkarla şərikli daşınmaz əmlakları vardır. Həmin əmlakı satışa qoymuş, əmlak satıldıqdan sonra borcunu tam olaraq ödəyəcəkdir. Hazırda əmək haqqından 50 faiz tutulmalqla yanaşı hər ay nəqd olaraq 320 manat ödəyir. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-891/2022 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 34000 ABŞ dolları milli manat ekvivalentində pul və 15.000 manat pul, eləcə də ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq X5 ödənilməlidir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-891/2022 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki,Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-891/2022 nömrəli icra sənədi icra olunması üçün Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmişdir. X8 Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-891/2022 nömrəli icra sənədinə əsasən X8 Kompleksi MMC-nin təsərrüfat müdiri Şəxs iyun 2024-cü il tarixdən başlayaraq hər ay əmək haqqısının 50 %-i tutularaq təyin olunan yerə ödənilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-891/2022 nömrəli icra sənədini icra etmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan qəbzlərin surətlərindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 825 manat, xx.xx.2024-cü il tarixdə 100, xx.xx.2024-cü il tarixdə 300 manat, və xx.xx.2025-ci il tarixdə 320 manat ödənişi X4 bank hesabına ödəmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)- 891/2022 nömrəli icra sənədi üzrə Şəxs borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-891/2022 nömrəli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs borc ödənişlərini etməkdən qərəzli şəkildə yayınmır. Belə ki, icra məmuru tərəfindən icra sənədi üzrə borcun Şəxs əmək haqqına yönəldilmiş və bununla yanaşı Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 825 manat, xx.xx.2024-cü il tarixdə 100, xx.xx.2024-cü il tarixdə 300 manat, və xx.xx.2025-ci il tarixdə 320 manat ödəniş etmişdir. Onun icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırması sübut olunmur, icra məmurunun izahatından görünür ki, borclu onun bütün çağırışlarına vaxtında gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq, hər ay əmək haqqından tutulmalarla yanaşı, ödənişlər də etmişdir. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 825 manat, xx.xx.2024-cü il tarixdə 100, xx.xx.2024-cü il tarixdə 300 manat, və xx.xx.2025-ci il tarixdə 320 manat məbləğində ödəniş etmişdir. Borclu Şəxs hər ay əmək haqqından tutulmalarla yanaşı, icra sənədi üzrə olan borcundan ödənişlər etməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin, yuxarıda təsvir edilənlərdən görünür ki, məlum icra sənədi üzrə borclunun əmək haqqından tutulmalar həyata keçirilməklə yanaşı, onun tərəfindən əlavə olaraq ödənişlər edilir və eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nzibati xəta haqqında Protokol tərtib edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar